Mingəçevirdə poçt oyunu
27-11-2013, 15:05
Oxunub: 4 328
Şəhər əhalisi 3 gündür işıqsız qalıb, elektrik enerjisi verilişinin dayanması camaatın canını boğazına yığıb
Ölkənin birinci elektrik istehsalçısı olan Mingəçevir şəhəri qaranlığa qərq olub. Daxil olan məlumata görə, şəhərin sakinləri üç gündür işıqsız qalıblar. Məlumatlara görə, buna səbəb şəhərin poçt şöbələrində elektrik borclarının ödənilməsinin mümkün olmamasıdır.
Belə ki, artıq 3 gündür poçt şöbələrində elektrik enerjisinin olmaması səbəbindən kart vasitəsi ilə ödənişlərin edilməsi mümkün deyil. Yaranmış vəziyyətlə bağlı isə sakinlərə isə heç bir açıqlama verilmir. Əksinə, bu məlumatsızlıq üzündən vətəndaşlar gün ərzində 3-4 dəfə şöbələrə baş vuraraq, saatlarla növbədə dayanmalı olurlar. Amma yenə də əliboş dönmək məcburiyyətində qalırlar.
87 yaşlı Şəmistan Yusifov bildirir ki, belə vəziyyət günlərdir davam edir. Ancaq son 3 gündə ümumiyyətlə, poçt şöbəbələrinin bu istiqamətində fəaliyyəti iflic vəziyyətindədir. «Əlil adamam, bu gün artıq 4-cü dəfədir ki, poçta gəlirəm. Bizə konekret cavab verən yoxdur. Evimizdə isə 3 gündür işıq yoxdur. Problemin tez bir zamanda həllini istəyirik».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər