BolgeXeber.Com » Bölgə » Mingəçevirdə 2,5 milyon manat hara yoxa çıxıb?

Mingəçevirdə 2,5 milyon manat hara yoxa çıxıb?

29-11-2013, 18:30
Oxunub: 3 648 Niyazi Bayramov büdcədən ayrılmış pulları «yoxa çıxardıb», yerini isə idarə və müəssisələrdən tələb etdiyi məbləğlərlə ört-basdır etmək istəyir
Mingəçevir Şəhərinə 2013-cü ildə ayrılmış 2,5 milyon manatın aqibəti müəmmalı olaraq qalıb. Şəhərin icra başçısı Niyazi Bayramov isə idarə və müəssisələrdən pul yığdıraraq, abadlıq işləri aparmağa başlayıb. Halbuki əvvəlcədən hazırlanmış plan-layihəyə əsasən Mingəçevirdə görüləcək işlərə qeyd olunan məbləğdə pul kifayət etməli idi.
Daxil olan məlumatlara görə, ayrılmış pulların böyük qismi Mingəçevirin daxili yollarının asfaltlaşdırılması üçün nəzərdə tutulub. Bu məqsədlə elan edilmiş tenderin qalibi isə elə icra başçısına məxsus «ATF» MMC-yə elan edilib. Ayrılan pulun ümumi məbləği də az olmayıb, təqribən 2 milyon manata yaxın.
Şəhərdən gələn xəbərlərdə deyilir ki, Mingəçevirin daxili yollarının durumu hamının göz qabağındadır. İcra başçısının fəaliyyəti nəticəsində ortalıqda nə asfalt var, nə də rahatlıq. Əksinə, şəhərin mərkəzi yollarının kiçik bir qismi asfaltlanıb. Yerdə qalanlarına isə adda-budda yamaqlar vurulub ki, bu da onun tam asfalt örtüklə təmin olunması anlamına gəlmir.
JAM.AZ-a daxil olan məlumatlarda qeyd olunur ki, icra başçısı Mingəçevirdəki 10 saylı Körpələr Evi Uşaq Baxçasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanma işlərinin də qiymətini şişirdərək, onu «Sosial-İnkişaf Layihə» MMC-yə tapşırıb. 14 min manatlıq həmin layihə-smetanın nə qədərinin MMC-yə köçürüldüyü isə naməlumdur.
Mingəçevir şəhər İcra Hakimiyyəti həmçinin 12 saylı Körpələr Evinin tikintisi üzrə layihə-smetanın hazırlanmasını da ucuz etməyib. Daha doğrusu, «Sosial İnkişaf Layihə» MMC-yə bu məqsədlə 14 min manat pul köçürülüb. Rəqəmlərin bu şəkildə şişirdilməsi isə onu deməyə əsas verir ki, ortada ciddi yeyinti halları var. Çünki Körpələr Evinin smeta layihəsini hazırlamağın bu qədər bahalı olması qeyri-mümkündür.
Qəribə hallardan biri də odur ki, Niyazi Bayramov «Sosial İnkişaf Layihə» MMC ilə daha iki iş görüb. Eyni zamanda, 10 saylı Körpələr Evinin layihə-smetasının hazırlanması üçün sözügedən quruma daha 16 min manat pul ayrılıb. Yəni, sözügedən körpələr evinin təkcə layihəsi 30 min manata başa gəlib.
«Sosial İnkişaf Layihə» ilə görülən daha bir iş isə 4 saylı orta məktəbin təmiri ilə əlaqədar smeta layihəsinin hazırlanmasını əhatə edibö. Bu məqsədlə İcra Hakimiyyəti həmin MMC-yə 16 min manat pul verib.
Aydın məsələdir ki, ortada ciddi yeyinti var. Buna Niyazi Bayramovun yerli idarə və müəssisələrdən pul yığması da təsdiq edir. Belə ki, icra başçısı onlardan şəhərin yollarını düzəltmək və parkların abadlaşdırılması üçün pul tələb edir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.