BolgeXeber.Com » Bölgə » Ağdam Təhsil şöbəsində 50 minlik maxinasiya

Ağdam Təhsil şöbəsində 50 minlik maxinasiya

30-11-2013, 15:20
Oxunub: 4 040 Ağdam məktəblərində nə baş verir? Hər yerindən qalxan məmur müəllimlərin maaşına əl qoyur; müəllimlər üsyan səsləri eşidilir…

Ağdam məktəblərində müəllimləri sözün həqiqi mənasında soyurlar.

Qeyd edək ki, bir müddət Ağdam məktəblərində çalışan müəllimlər Ağdam şəhər nümayəndəsi Zabil Mehdiyevin öz yeyintilərini ört-basdır etmək məqsədi ilə Maliyyə Nazirliynin əməkdaşı ilə birlikdə məktəblərdən pul toplaması haqqında yazmışdıq. Bundan sonra isə Ağdam müəllimləri yeni soyğunçuluqla üzləşiblər. Belə ki, müəllimlərdən iki tərəfli abunə pulu toplayıblar.

Bolgexeber.com xəbər verir ki, bu barədə pia.az-a daxil olan məlumatda bildirilir ki, Ağdam rayon təhsil şöbəsinin mühasibi Zamiq Bəşirov bütün müəllimlərin və təhsil sistemində çalışan insanların maaşlarından 3 manat qəzetlərə abunə haqqı tutub. Amma bundan əvvəl də hər bir məktəbdə direktorlar hər bir müəllimdən 4 manat abunə haqqı tutub. Xatırladaq ki, Ağdam təhsil şöbəsində 6 mindən artıq müəllim çalışır. Buraya xadimələri və digər işçiləri də əlavə etsək, söhbət hardasa 10 min insanı əhatə edən kontingentdən gedir. Yəni abünə pulu olaraq üst-üstə müəllimlərdən və digər işçilərdən 70 min manat vəsait toplanıb.

Bu barədə məlumat verən mənbə bildirir ki, direktorlar topladıqları vəsaitin 1 manatını özlərinə və təhsil şöbəsinin müdirinə götürüblər. Amma maraqlı orasıdır ki, Ağdam rayon təhsil şöbəsinin mühasibi Zamiq Bəşirov topladığı 30 min manat vəsaitin hamısını mənimsəyib.

Mənbə bildirir ki, Zamiq Bəşirov bu əməliyyatı hamisi, Ağdam rayon maliyyə şöbəsinin müdiri Elşad Əhmədovun tapşırığı ilə həyata keçirib və bu toplanan məbləğin böyük bir hissəsini də məhz Elşad Əhmədova verib.

Məlumatda xatırladılır ki, bir müddət əvvəl Ağdam rayon maliyyə şöbəsinin müdiri Elşad Əhmədov bir müddət maliyyə naziri Samir Ələkbərovun əmrinə əsasən işdən qovulan Zamiq Bəşirovu Ağdam rayon təhsil şöbəsinə mühasib yerləşdirib. Zamiq Bəşirov maliyyə şöbəsində çalışarkən Elşad Əhmədovun qara işlərini həyata keçirib. İndii isə Elşad Əhmədov öz əlaltısından təhsil şöbəsində istifadə edir. Belə ki, Zamiq Bəşirov daxil olan məlumata əsasən maliyyə şöbəsinin müdiri ilə əlbir olaraq böyük mənimsəmələrə yol verir. Bildirilir ki, təhsil şöbəsində əlavə ştatlar açan Elşad Əhmədov onlarla «ölü can»ın adamın maaşını mənimsəyir. «Ölü can»ların maaşlarını isə Zamiq Bəşirov bir qayda olaraq plastik kartlar vasitəsi ilə Bərdədə alır.

Lakin bu hələ hamısı deyil. Məlumatda bildirilir ki, Elşad Əhmədov Ağdam şəhər nümayəndəsi Zabil Mehdiyevlə əlbir olaraq mühasib Zamiq Bəşirovun əli ilə müəllimlərdən 2 manat «ağac pulu» da toplayıblar. Söhbət Quzanlı qəsəbəsində yol qırağına əkilmək üçün ağac tinglərinin alınmasında gedir. Mənbə bildirir ki, Elşad Əhmədov və Zabil Mehdiyev bunun üçün ayrılan vəsaiti mənimsədikdən sonra çıxış yolunu müəllimlərdən «ağacpulu» toplamaqda görüblər. Amma işin maraqlı tərəfi odur ki, məmurların tamahı yenə də gücgəlib. Mənbə bildirir ki, bu dəfə də yol kənarına əkilmək üçün ağac tingləri alınmayıb və toplanan təqribən 20 min mmanat vəsait mənimsənilib.

Məlumatda o da qeyd olunur ki, müxtəlif məmurların bu «yığımından» artıq Ağdam müəllimləri cana doyublar və müəllimlər səs-küy salıb direktorlara etiraz edirlər.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…