BolgeXeber.Com » Bölgə » Bərdə Olimpiya idman kompleksinin ərazisi qanunsuz olaraq satılıb

Bərdə Olimpiya idman kompleksinin ərazisi qanunsuz olaraq satılıb

1-12-2013, 12:20
Oxunub: 3 799 Bərdə şəhər sakinləri tərəfindən Bolgexeber.com-un elektron poçtuna şikayət məktubu daxil olub. Həmin məktubu oxucularımıza olduğu kimi təqdim edirik:



Gənclər və idman naziri cənab Azad Rəhimova.

Ekologiya naziri cənab H.Bağırova.

Bu biabırçlıqı dayandırın.

"Bərdə şəhərində Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə tikilən və açılışında şəxsən iştirak etmiş Bərdə Olimpiya idman kompleksinin ərazisi qanunsuz olaraq müəyyən maraqlar niyyətilə satılmışdır.Hal -hazırda İdman kompleksinin həyətində tikiləcək ticarət mərkəzinin təməli qoyulur.Halbuki həmin ərazi idman kompleksinin ərazisi sayılır və minlərlə gül ağacları əkilmişdir.İndi həmin ağaclar gecə vaxtlarında kəsilmiş, yerində isə böyük qazıntı aparılır.İkinci bir tərəfdən həmin ərazidə tikintinin aprılması piyada gedişinə maneçilik yaradacaq və piyadaların vurulmasına səbəb olacaq. Bərdə sakinləri belə qanunsuzluqla əlaqədar rayon icra basçı Vidadi İsayev müəllimə müraciət etsələr də nəticəsi olmayıb.Çunki tikintinin aparılması üçün həmin yer üçün külli miqdarda şirinlik alınıb.Rayonun arxitektoru isə deyir ki mən kiməmki rayonun yiyəsi var.Vidadi müəllim dəfələrlə deyirdi ki, Bərdədə ticarət obyektləri yetərincədir.Bəs nəoldu...Əvvəlki icra başçılarının ticarət obyektlərinin tikintisi üçün 15 ildə vermədiklərini 2011- ci ildən yeni başçı təyin olunan icra başçısı Vidadi İsayev ( əvvələr Yevlax arxiv idarəsinin müdiri işləyib) 3 ildə verib.Belə getsə Bərdədə bir metr də boş yer qalmayacaq, çünki yaxşı demişlər torpaq qızıldan qiymətlidir

Hörmətli cənab nazirlər deyilənlərə inanmırsınızsa buyurun Bərdə şəhərinə nümayəndə göndərin və Olimpiya idaman kompleksinin ərazisinə əyani olaraq baxın və ordaki mənzərəyə tamaşa edin, sonra isə qərar verin".

Bərdə şəhər sakinləri Z.Mikayılov, X.İsmayılov,Ş.Aslanov,Ş.Abbasov
Bolgexeber.com