BolgeXeber.Com » Bölgə » İcra başçısı 3 icra nümayəndəliyinə 20 min manatlıq dəftərxana lavazimatı “aldıtdırıb”

İcra başçısı 3 icra nümayəndəliyinə 20 min manatlıq dəftərxana lavazimatı “aldıtdırıb”

2-12-2013, 09:15
Oxunub: 3 724 İcra başçısı Nazim İsmayılov 3 icra nümayəndəliyinə 20 min manatlıq dəftərxana lavazimatı “aldıtdırıb”

Sabirabadda büdcə pullarının mənimsənilməsinin optimal yolları tapılıb. İcra Hakimiyyəti həmin pulları silmək üçün dəftərxana ləvazimatlarının alınması xərclərini elə bir həddə çatdırıb ki, elə ilk baxışdan işin içində iş olduğu açıq şəkildə görünür.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabad rayon İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb.

Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə «VVS Tikinti Təhcizat» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur. Çünki tikinti işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast gəlinən hallardandır. Eyni zamanda, tikinti ilə məşğul olan bir şirkətin dəftərxana ləvazimatları almasının özü korrupsiyadan xəbər verir.

İkinci bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin dəftərxana xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla Sabirabadın adları çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə onlara bu qədər vdəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil. Belə başa düşülür ki, bu İcra Nümayəndələri ancaq kağız-kuğuz işləri ilə məşğul olur. Hətta ekspertlər onu da deyir ki, bu qədər pulla hər hansı bir rayonda orta səviyyəli mətbəəni kağızla tam təmin etmək mümkündür.

JAM.AZ-ın məlumatlarına görə, əslində, Sabirabadın icra başçısı Nazim İsmayılovun həyata keçirdiyi bu əməliyyatların iştirakçısı olan «VVS Tikinti Təhcizat» şirkəti heç də ona yad olan bir müəssisə deyil. Daha doğrusu, bu şirkətlə icra başçısını birləşdirən bir sıra məqamlar var. Bununla bağlı əldə olunan məlumatlarda qeyd olunur ki, «VVS Tikinti Təhcizat» MMC məhz Sabirabadın icra başçısının tapşırığı əsasında yaradılıb. Və bu şirkət rayonda həyata keçirilən adablıq işlərinin önəmli hissəsini görüb. Həmin şirkətin başında duran şəxsin Nazim İsmaylova qohumluq sarıdan uzaq biri olmasına rəğmən, əlaqələrinin mövcudluğu çoxdan varmış.

Digər tərəfdən isə ortada bəzi iddialar var. Həmin iddialara görə, icra başçısı bu şirkət vasitəsi ilə rayona ayrılmış büdcə pullarını asanlıqla silməyi bacarıb. Daha doğrusu, razılaşma əsasında sənədlərdə yüksək məbləğlər göstərilsə də, o pulların böyük qismi Nazim İsmayılova çatıb. Hal hazırda da «VVS Tikinti Ticarət» MMC Sabirabada abadlıq və tikinti işlərində əsas aparıcı şirkət olaraq iştirakını davam etdirir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.