BolgeXeber.Com » Bölgə » Naftalanın icra başçısının biznes “imperiyası“

Naftalanın icra başçısının biznes “imperiyası“

3-12-2013, 11:05
Oxunub: 5 199 Natalanın icra başçısı sahibkarlıqla məşğuldur

Naftalan rayonunun icra başçısı Natiq Aslanov rayonun istirahət və turizm mərkəzlərini qohumlarının ixtiyarına verib; Natiq Aslanov Nafatalan şəhərində marketlər inşa etdirir; Naftalan Vannası sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısının və yaxın qohumunun bir neçə iri obyek tikilib…

Nafatalanın icra başçısı Natiq Aslanovla bağlı Naftalandan pia.a z-a daxil olan məlumatda bildirilir ki, icra başçısı son aylar şəhərin mərkəzi küçələrində bir çox obyektləri alaraq özünə şəxsi marketlər tikdirir. Ölkənin ən gənc icra başçılarından biri olan Natiq Aslanov rayonun bütün gəlirli sahələrini qohumlarının ixtiyarına verib. Xatırladaq Natiq Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputat olan Mahir Aslanovun qardaşı oğludur. Mahir Aslanov isə ölkəninin tanımış biznesmenlərindən biri hesab olunur və o millət vəkili seçildikdən sonra da, biznes sahəsində uğurlu layihələrini davam etdirməkdədir. Millət vəkilinin təmsil etdiyi Naftalan və Goranboy şəhərində də böyük biznes sahələrinin olduğu bildirilir.

Naftalandan daxil olan və dəqiqləşdirdiyimiz məlumata əsasən Naftalan Vannası sağlamlıq mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlara yaxın qohum olan başqa bir neçə nəfərin iri obyektlər tikilib. Həmçinin Natiq Aslanovun sahibkarlıq biznesi ilə birbaşa məşğul olduğunu məlumat verən mənbə bildirir ki, icra başçısı rayonun dövlət torpaqlarını bütünlüklə zəbt edib və burda özü üçün, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar işərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər var və həmin təsərüfatları başçının yaxın qohumları idarə edir.

Daxil olan məlumatda həmçinin bildirilir ki, Natiq Aslanov Naftalan şəhərinin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti sadəcə sənədləşdirmədə hansısa işə sərf edib. Çünki sənədləşdirmədə qeyd olunan küçələr və yollara yamaq vurulub. Yəni hansısa bir təmirdən söz gedə bilməz.

Bildirilir ki, icra abşçısı Naftalan küçələrinin yolarının təmir edilməsini isə özünə yaxın olan “İlqar-MR” MMC yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürüb.

Mənbə qeyd edir ki, Natiq Aslanovun qarşısına qoyduğu məqsəd ondan ibarətdir ki, Naftalanda öz sahibkarlıq subyektlərini artırıb inkşaf etdirsin və yaxın gələcəkdə başqa böyük bir rayonun rəhbərliyinə göndərilsin.

Naftalan icra başçısı Natiq Aslanovun rayon ərzaisinda yaratdığı sahibkarlıq obyektləri və təsərüfat sahələri ilə bağlı redaksiyamıza daxil olan əlavə informasiyanı araşdırdıqdan sonra oxucularımıza məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…