BolgeXeber.Com » Bölgə » İcra başçısı Yol İstismar idarəsinin rəhbəri ilə birləşərək büdcəni dağıdır

İcra başçısı Yol İstismar idarəsinin rəhbəri ilə birləşərək büdcəni dağıdır

4-12-2013, 11:30
Oxunub: 4 535 İltifat Hüseynov icra başçısının Bakı şəhərində tikdirdiyi villanın tikintisinə nəzarət edir

TIA.AZ-a Xocavənd rayonundan daxil olan informasiyada bildirilir ki, idarə müdiri İltifat Hüseyov icra başçısına arxalanaraq rayonun 30 km yolunu 3 ildir başdı başına buraxaraq Bakı şəhərində yaşayır.Məlumatda bildirilir ki, icra başçısı Eyvaz Hüseynova aylıq haqq verən idarə müdiri heç kəsi saya salmır.

Araşdırmamız nəticasında məlum oldu Xocavənd Yol istismar idarəsinin cəmi 60 km yolu var bu yolun 30 km Beyləqan 30 km isə Xocavənd rayonuna ərazisində yerləşir.Aldığımız məlumatda qeyd olunur ki, idarə müdiri İltifat Hüseynov hər il Azəravtoyolservis ASC-dən və Xocavəndin daxili büdcəsindən ayrılan vəsaiti son qəpiyinə kimi mənimsəyir.Məsələ ilə bağlı məlumat verən mənbə bildirir ki, bir vaxtlar idarə müdiri ilə icra başçısı Eyvaz hüseynov arasında narazıçılıq yaranmışdı.Yaranmış narazıçılığın səbəbi isə ondan ibarət idi ki, icra başçısının səyi nəticəsində idarə müdiri olan İltifat Hüseynov bir müddətdən sonra artıq rayon yollarına baxmayaraq dövlət vəsaitini təkbaşına xərcləməyə başlamasıır. Mənbə qeyd edir ki, İltifat Hüseynovun təkşaşına hərəkəti çoxda uzun getmədi və idarə müdiri icra başçısı ilə qarşı qarşıya gəlməyin bədəlinin nə ilə nətilənəcəyini yəqin edərək Eyvaz Hüseynovla barışdı. Məlumatlı şəxs bildirir ki, İltifat Hüseynov icra başçısının əli ilə hər il Xocavən rayon daxili büdcasindan yüzminlərlə manat vəsait alır və bu vəsaiti sadəcə sənədləşdirməklə kifayətlənərk icra başçısı ilə birgə mənimsəyir. Mənbə bildiri ki, idarə müdiri Bakı şəhərində yaşayır və Azəravtayolservis ASC-nin Yol İdarəsi üçün hər ay ayırdığı əmək haqqını İmişli rayonunda yerləşən Bank respubilkadan çıxardaraq oradan birbaşa paytaxta qayıdır. Hal hazırda Xocavən Yol İstismar İdarəsində 30 qədər işçi var və bu işçilərin cəmi 6 nəfəri əmək haqqı alır, yerdə qalan 24 nəfərin əmək haqqısı idarə müdirinin özünə çatır. Məlumat verən mənbə bildirir ki, İltifat Hüseynov idarənin balansında olan 2 ədəd ford və tatra markalı yüksək tonnajlı yük maşınlarını T.T.Ş İnşaat MMC-yə yüksək məbləğə icarəyə vermişdir.Onuda bildirək ki, idarə müdirinin 68 yaşı var və artıq penisiyaya çıxmalıdır, amma İltifat Hüseynov icra başçısının köməkliyi ilə hələki vəzifəsində qalmaqdaır.İltifat Hüseynovla icra başçısının münasibatlərinin istiləşməsinin başqa bir səbəbini isə mənbə onunla əlaqələndirdi ki, Eyvaz Hüseynovun Bakı şəhərində inşa etdirdiyi villasının tikintisinə məhz idarə müdiri nəzarət edir.
Bolgexeber.com