Daha iki rayondan benzinin qalxmasına etiraz xəbəri gəldi
4-12-2013, 11:35
Oxunub: 4 620
Qazaxda prosesin bu gün də davam edəcəyi gözlənilir, Ağcabədidə isə camaat maşınlarını YDM-lərdə buraxaraq, gediblər
Benzinin bahalaşmasından sonra bir neçə rayonda əhalinin ciddi şəkildə etirazlara qalxdığı barədə xəbər vermişdik. JAM.AZ-a çatan məlumatlarda Masallı, Saatlı və Astarada camaatın narazı düşdüyü və etiraz etdikləri qeyd olunurdu.
Dünən gün ərzində o da məlum olmuşdu ki, Lənkəranın Liman şəhərində 150-yə yaxın şəxs yerli İcra Nümayəndəliyinin qarşısına toplaşıblar. Onlar benzinin qiymətinin artmasına etiraz ediblər. Gələn son xəbərlərdə isə bildirilir ki, daha iki rayonda camaat ayağa qalxıb. Belə ki, Ağcabədidə dünən gecə saatlarında onlarla sürücü yanacaqdoldurma stansiyalarına üz tutaraq, maşınlarını orada saxlayıb gediblər.
Ağcabədidə bu hadisədən dərhal sonra əraziyə polis göndərilib və avtomobilləri YDM-lərdən çıxararaq, cərimə meydançalarına aparıblar. Həmin maşınların sahiblərini müəyyənləşdirdikdən sonra onların evinə gedərək, polisə aparıblar. Lakin bu addımın rayonda narazılığı daha da artıracağından ehtiyat edərək, qısa müddətdə xəbərdarlıq edilməklə həmin şəxsləri buraxıblar. Amma qeyd olunur ki, Ağcabədidə durum daha ağırdır və hər an camaatın küçələrə çıxması gözlənilir.
Qazaxda isə 50-yə yaxın şəxs rayonun mərkəzində toplaşaraq, qiymətlərin artmasına etiraz ediblər. İcra Hakimiyyətinin yaxınlığında yerləşən parkda toplaşmış insanları da polisin hesabına dağıdıblar. Son məlumatlara görə, bu gün rayon İcra Hakimiyyətinin qarşısında daha bir aksiya gözlənilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər