Sabirabad məmurlarının qovğasına nazirlər müdaxilə etdi
5-12-2013, 11:20
Oxunub: 4 447
“Sabirabad Maliyyə şöbəsi ilə Təhsil şöbəsi müdiri arasında yaranan konflikt mediada əksini tapdıqdan sonra hər iki şöbənin tabe olduğu nazirliklərin müdaxiləsi nəticəsində bu gün Sabirabad təhsil işçilərinin əməkhaqqları köçürülüb”. Bu barədə “Axar.az”a Sabirabad müəllimlərindən biri məlumat verdi. Təhsil işçisinin sözlərinə görə, dünən problem ictimailəşdirməsi ilə (“Sabirabadda məmurların pul savaşının təfərrüatları”) hadisənin təfərrüatlarından xəbər tutan Maliyyə və Təhsil nazirlikləri tərəfindən məsələyə müdaxilə edilib. Bundan sonra rayon Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşov və Təhsil şöbəsinin müdiri Elman Bünyadova xəbərdarlıq edilib və dərhal təhsil işçilərinin əməkhaqqlarının hesablarına keçirilməsi barədə göstəriş verilib. Sabirabad rayon Təhsil şəbəsinin müdiri Elman Bünyadov müəllimlərin əməkhaqqının artıq hesablarına köçürüldüyünü təsdiqlədi. Xatırladaq ki, Sabirabad müəllimləri Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla Təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan fikir ayrılığına görə noyabr ayı üçün nəzərdə tutalan əməkhaqqını ala bilmədiklərini söyləmişdilər. Təhsil şöbəsinin müdiri E.bünyadov da faktı təsdiqləmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər