BolgeXeber.Com » Bölgə » Netfçalada 265 min 920 manatlıq yeyinti

Netfçalada 265 min 920 manatlıq yeyinti

5-12-2013, 17:15
Oxunub: 3 709 Dövlət mütəmadi olaraq ayrı-ayrı rayonların sosial inkişafının sürətləndirilməsi üçün vəsait ayırır. Təəssüf hissi ilə demək lazımdır ki, bu vəsaitlər bəzən lazımi istiqamətə yönəldilmir, bir şox hallarda isə yerli icra hamkimiyyəti başçılarının korrupsiya əməllərinin güdazına gedir.


Qeyd edək ki, icra başçılarının əsas qazanc mənbəyi tender yolu ilə rayona ayrılan pulların silinməsidir. Təsadüfi deyil ki, yerlərdəki rəhbərlər hər ilin sonunda məhz bu yolla qazanmaq üçün dövlətin vəsaitlərinə yiyələnmək eşqinə düşür və gələn il üçün külli miqdarda “zakazlar” verirlər. Bu işdə isə onlara yerli maliyyə idarələri kifayət qədər yardım edir.

Dövlət vəsaitini istədiyi kimi xərcləyən rayonlardan biri də Neftçala rayonu və onun rəhbərliyidir. Adi bir misal, 2013-cü ilin dövlət büdcəsində Neftçala şəhəri və qəsəbələrində abadlıq işlərinin aparılması üçün 265 min 920 manat vəsait nəzərdə tutulub.

Heç kim bilməsə də, neftçalalılar yaxşı bilirlər ki, 300 min dollardan artıq vəsait rayon və qəsəbələrdən başqa hər yerə xərclənir. Belə olmasaydı, 2013-cü ilin sona çatmasına baxmayaraq, Neftçala şəhəri və onun Bankə, Həsənabad və Xıllı qəsəbələrinin yolları 2-ci dünya müharibəsi dövründəki Ukrayna və Belarusun yollarına, şəhər isə Qarabağ döyüşlərində ermənilərin işğal etdikləri rayonlara bənzəməzdilər.

Təbii ki, bu məbləği irəli sürən rayonun rəhbəridir. Onun Maliyyə Nazirliyində təsdiqlənməsi işinə isə rayon maliyyə idarəsi və onun sədri Rəşid Manafov baxır. Bu, həmin şəxsdir ki, icra başçısı İsmayıl Vəliyevlə şərikli biznesi var. Tenderi “udan” “Neftçala MKTİB”-nin də icra başçısından kənar bir qurum olmadığı gün kimi aydındır. Başçının öz adamlarının yaratdığı bu cür MMC-lər əslində rayona ayrılan dövlət vəsaitinin təyinatından kənar xərclənməsi üçün bir vasitədir. Təəssüflə qeyd edilməlidir ki, icra başçısı İsmayıl Vəliyevin bu vasitədən yararlanmasına hələ də son verilmir.