BolgeXeber.Com » Bölgə » Şəki sakini: “Biz bu ölkədə yaşamalı deyilik?”

Şəki sakini: “Biz bu ölkədə yaşamalı deyilik?”

9-12-2013, 17:00
Oxunub: 4 518 Şəki şəhəri,20 yanvar-56, mənzil: 31-də yaşayan Agayev Əlosət Aga oglu tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb.

Bir nüsxəsi də dia.az-a daxil olan şikayət məktubunda vətəndaş yazır:

“Bu günlərdə həm mətbuatdan, həm də televiziyadan mənə məlum oldu ki, Azərbayacan Milli Məclisinin Sosial Siyasət Komissiyasının sədri Hadi Rəcəbli və ƏƏSMN-nə belə təklif irəli sürüb ki, bundan sonra əlillik dərəcəsi ləgv olunsun, əvəzində "Əmək qabiliyyatli və yaxud əmək qabiliyyətsiz" sözləri ilə əvəz olunsun.

Belə təklifi irəli sürənlər, sözdə Ulu Öndərimiz H. Əliyevin siyasətini müdafiə edənlər, əməldə isə öz millətinə xəyanət edənlər, görəsən bir fikirləşiblər ki, bu ədələtsiz addıma getməklə, onlar Azərbaycanda əlillərin hüquqlarını pozmaqla yanaşı,milləti hakimiyyətin belə ədalətsiz siyasətinə qarşı böyük etiraza və inamsizlıga gətirib çıxaracaqlar?

Birincisi, Ulu Öndərimizin Səttarxan adına zavodda etdiyi çıxışlarında, Dövlət və Hökümət orqanlarına etdiyi müraciətini yada salsinlar. Əgər unudublarsa, mən həmin çixişım mətnini onlara göndərə bilərəm.

İkincisi, əlillik qrupu ləgv olunarsa, onda əlil üçün pensiyanın həcmində fərq olası deyil.

Mənim kimi 45 il fasiləsiz əmək stajı olana da, bir iki il stajı olana da, orta aylıq əmək haqqı 500 manat olana da, 150 manat alana da, saglamlıgının 10% itirənə də, 50% itirənə də, mənim kimi 30% ni itirənə də eyni məbləgdə pensiya hesablanmalıdır. Çünki bunların hər biri əlil hesab olundugundan hamısının bərabər hüquqa malik olurlar.

Üçüncüsü, bu təklifi həyata keçirməzdən əvvəl TSEK Haqqıda bütün Qanunlar, əsasnamələr, təlimatlar yenidən işlənilməli və byük dəişiliklər olunmalıdır.

Dördüncüsü Azərbaycanda əlilliər günü ləgv edilməli,əvəzində əlillirin hüquqlarının Milli Məclisin üzdəniraq (deputatları) tərəfindən pozuması günü kimi qeyd olunmalıdır.

Nəhayət Azərbaycan Dövləti tərəfindən qəbul olunmüş BMT-nin 13 dekabr 2006-ci il tarixli "Əlillərin Hüquqları Konvensiyadından azərbaycan imtina etməlidir.

Bu fikri irəli sürənlərin xəbərləri var ki, BMT-nin Qərarı ilə hər ilin 3 dekab tarixində, bütün dünyada, həmən gün ÜMUMDÜNYA ƏLİLLƏR GÜNÜ kimi qeyd edirlər?

Mən bir texnikum, iki ali məktəblərdə, özü də rus dilində təhsil alan adam, 1972-ci ildə hərbi xidmıtə çagırıldıqdan 6 ay sonra isə, sağlamlığımı itimişəm. Ancaq, bütün bunlar, mənim təhsil almagıma, elmi, ictimai fəaliyyətimə heç bir mane olmadıgına görə, 1 yanvar 1973-cü ildən bu günə kimi, öz peşəm üzrə əmək fəaliyyətindəyəm, uzun illərdir ki ,könüllülük əsaslnda müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstarirəm.Bütün Qanunları mükəmməl bilirəm və beynəlxalq hüquq normalarından istifadə etməklə, öz hüquqlarımın müdafiəsi ugrunda Beynəlxaq instsnsiya məhkəmələrə də müraciət etmək bacarığım var. Mənim 62-yə yaxın yaşım var, 41-il fasiləsiz əmək stajım və 4 illik təhsil stajım var. Bu dövlətin ədələtsiz pensiya Qanununa görə mənə, ən aşağı əmək stajı olanlardan da, aşaga həcmdə pensiya hesablanıb. Mən buna dözüm nümayış etdirdim ki, 2015-ciildən mənim 63 yaşım tamam olandan sonra, mənə yaşa görə pensiya hesablarar, bəlkə ondan sonra mənim sosial təminat hüququm bərpa oluna bilər. Əgər Azərbaycanda bu günədək mənə ədələtli pensiya hesablasaydırlar, mən əlil kimi, müalicəmlə maşğul olardım. Bu gün mənim səhhətimdə ciddi problem olduğu halda, heç yerdə və heç kimə rüşvət verən olmadığıma görə, həm Azərbaycanın səhiyyə ocaqlarında, həm də Şəki Regional Əlillərin Reabilitasiya Mərkəzində mənə tibbi xidmət göstərilmir. Bu haqda respublikanın aidiyyati instansiyalarına yüzlərlə, o cümlədən şəxsən prezidentin şəxsi saytına dəfələrlə müraciətlər yazmağıma baxmataraq, hələ də bu dövlətdə mənə tibbi yardım göstərmirlər.

Əgər belə qərar (Allah eləməmiş) baş tutarsa, onda bu addım Azərbaycanda sosial partlayışa səbəb olacaqdır. Ancaq, mən Cənab H.Rəcəblidən belə ədalətsiz addımı gözləmirdim. Mən sağlam vəziyyətdə hərbi xidmətə gedib hökümət qarşısında hərbi xidmət borcumu yerinə yetirən zaman sağlamlığımı itirim, ancaq kimlərinsə təqsirindən mənim konstitusion hüquqlarım pozularsa, nədir, mən ömür boyu əziyyət cəkməliyəm? Desinlər, görək bunlar hansı qanunlarda təsbit olunub.? Axı mən əlillyi başqaları kimi rüşvət yolu ilə almamışam. Hələ Sovet dövründən mən rüşvətxorluga qarşı olmuşam bunu, cənab H.Rəcəbli çox yaxşı bilir və məni yaxşı tanıyır. Əvəzində, bu gün mən azərbaycan həkimlərinə rüçvət vermədiyimə görə, tibbi xidmət almaq hüququndan məhrum olmüşam.Səhhətim isə günü gündən pisləşir. Məgər rüşvət verməyən insanlar bu ölkədə yaşamalı deyil?”

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bolgexeber.com