Qar Leriki qaranlıqda qoyub
12-12-2013, 17:00
Oxunub: 4 866
Ötən gecədən dağlıq Lerik rayonuna yağan güclü qar bir sıra fəsadlara səbəb olub.
Hazırda qarın hündürlüyü rayon mərkəzində 46-50 sm, ucqar yaşayış məntəqələrində isə 1 metr təşkil edir. Nəticədə isə nəqliyyatın hərəkəti demək olar ki, iflic olub, kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Lənkəran-Lerik şose yolunda da maşın-mexanizmlərin hərəkətində çətinliklər müşahidə olunmaqdadır.
Güclü yağıntı səbəbindən rayonun enerji təsərrüfatına da ciddi ziyan dəyib. Səhər saatlarından Lerik şəhəri də daxil olmaqla, 160 yaşayış məntəqəsi işıqsız qalıb. Həyata keçirilən tədbirlərdən sonra 130 kəndə və Lerik şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda rayonun digər kəndlərinə də elektrik enerjisinin verilməsi üçün təmir-bərpa işləri davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər