Mingəçevirin icra başçısı iş yerində tapılmır
13-12-2013, 15:15
Oxunub: 5 513
Mingəçevirin rəhbəri Niyazi Bayramovun hər gün restoranları gəzdiyi deyilir
Mingəçevir Şəhər İcra Hakmiyyəti başçısı Niyazi Bayramovla bağlı maraqlı bir məlumat yayılıb. Şəhər sakinlərinin jam.az-a verdiyi məlumata görə, sözügedən şəxsi iş yerində tapmaq onlar üçün əsl məşəqqətə çevirilib. Buna səbəb kimi isə onun davamlı olaraq ziyafət məclislərində olması göstərilir.
Həmin iddialarda qeyd olunur ki, Niyazi Bayramov gün ərzində bir neçə saat iş başında olur. Qalan vaxtları isə dostları ilə birlikdə ya Mingəçevirin özündə, ya da qonşu Gəncə şəhərindəki restoranlara baş çəkir. Sakinlər deyirlər ki, həftədə bir dəfə qəbul günü elan etsə də, icra başçısı çox vaxt müxtəlif bəhanələr adı altında görüşlərə belə gəlmir.
Yeyib-içmək həvəskarı olan Bayramovun istisna hallarda şəhərdəki tikinti və abadlıq işləri ilə maraqlandığını vurğulayan sakinlər deyirlər ki, onun işlərinin çoxunu müavinləri həyata keçirirlər. O da qeyd olunur ki, Mingəçevirin icra başçısı ilə bağlı söhbət düşəndə zarafatla məşhur meyxanalardan birində ifadə olunan bənd zümzümə edilir: «Yeyib-içən oğlan yaman olmaz»…
Qeyd edək ki, Niyazi Bayramovun yeyib-içmək həvəskarı olmasında qəbahətli heç bir şey yoxdur. Sadəcə, ölkənin aparıcı şəhərlərindən birinə rəhbərlik edən şəxsin vətəndaşlarla mütəmadi görüşlər keçirməsi zəruridir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər