BolgeXeber.Com » Bölgə » Korrupsiya girdabında batan Daşkəsən təhsili

Korrupsiya girdabında batan Daşkəsən təhsili

13-12-2013, 15:50
Oxunub: 3 066 Nazim Verdiyev direktorlara 50/50-yə işləyir

Bu gün dövlət büdcəsindən təhsil sahəsinə külli miqdarda vəsaitlər ayrılır.Ölkə başçısı tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğı göz qabağındadır

Bu qayğının nəticəsində respublikamızda çoxlu sayda məktəb binaları tikilmiş, təhsil müəssisələri təmir olunmuş, yeni avadanlıqla təchiz edilmişdir. Təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar yaradan mühüm dövlət proqramları qəbul edilib.

Yeni təhsil naziri barədə də ağızdolusu danışmaq lazımdır və çoxminli təhsil ictmaiyyətiylə yanaşı bütövlükdə cəmiyyətimizin Mikayıl Cabbarovdan çox böyük gözləntiləri var və onun ölkə təhsilini sarmaşıq kimi bürümüş neqativlərdən təmizləmək iqtidarında olduğu qənaətindədir. Yeni nazirin ilk addımları və yarıtmaz kadrlarla bağlı həm atdığı, həm atacağıyla bağlı açıqlamaları onu deməyə əsas verir ki, tezliklə başabəla təhsil kadrlarının “budanması” prosesi sürətlənəcək…

Görülən çoxsaylı mütərəqqi işlərin qarşılığında bəzi yarıtmaz kadrlar öz fəaliyyətsizliyini ortaya qoyurlar.Hələ də bəzi təhsil ocaqları yeniləşməyə, müasirləşməyə meyl göstərmədikləri üçün həm təhsilin səviyyəsinə, həm də maddi-texniki bazanın zənginliyinə görə digərlərindən xeyli geridə qalır. Təhsillə bağlı problemlər yaşayan rayonlarımızdan biri də Daşkəsəndir.Rayon təhsilinin acınacaqlı durumu ilə bağlı illərdir ki, kütləvi informasiya vasitələrinin bir çoxunda məqalələr dərc olunub. Amma Daşkəsən Rayon Təhsil Şöbəsindən gələn bəd xəbərlərin ard-arası kəsilmək bilmir. Bu ildə təhsil şöbəsinin müdiri Nazim Verdiyev işində çox ciddi nöqsanlara yol verdiyi bilidirlir.Rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən məktəblərində saxta şagird “Pripiska”sına yol verildiyi bildirilir.Daşkəsən şəhəri və Alunitdağ, Quşçu, Quşçu körpüsü , Daşkəsən və Yuxarı Daşkəsən qəsəbələrində qismən də olsa şagird davamiyəti var.Amma aşağıda adları göstərilən kəndlərdə demək olar ki,tam şəkildə məktəblər şagirdlər olmadığından fəaliyyətlərini dayandırıblar. Alaxançallı , Almalı , Zivlan,Zinzahal Tapan,Çıraqlı,Quytul, Qıyıqlı və digər kəndlərin direktorları evlərində jurnal yazmaqla aylıq əməkhaqqı alırlar.Aparılan araşdırma nəticəsində o da məlum olmuşdur ki, fəaliyyətsiz məktəblərin direktorları adları jurnallarda gedən müəllimlərin və texniki işçilərin əməkhaqqı kartlarında gəzdirir.Bu qəbildən olan təhsil işçilərinə isə direktor cuzi miqdar maaş kimi verir.Həmdə adı çəkilən məktəblərə təmir-tikinti adı altında ayrılmış olan vəsaitlərlə yanaşı qışın gəlişi ilə bağlı büdcədən yanacağa ayrılmış olan külli miqdar vəsaitlər də təhsil şöbəsinin müdri tərəfindən mənimsənilir.Daşkəsəndə olmazın özbaşınalıqlarına imza atan şöbə müdirinin bu qədər rahat olmasına nə səbəb ola bilər?

Görünən odur ki, törətdiyi qanunsuz əməllərin hesabını Nazim Verdiyevdən tələb edən yoxdur. Ona görə də şöbə müdiri Daşkəsən rayon təhsilinin keyfiyyətini öz arşınıyla ölçməkdə davam edir. Daşkəsən təhsilini düşdüyü bu böhranlı vəziyyətdən yalnız yeni təhsil naziri çıxara bilər və onun qətiyyətli addımlarına ehtiyac var.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq (moderator.az).