BolgeXeber.Com » Bölgə » Kürdəmirin icra başçısıi İrşad Əliyevin başının üstündə qara buludlar dolaşır
Kürdəmirin icra başçısıi İrşad Əliyevin başının üstündə qara buludlar dolaşır
16-12-2013, 00:40
Oxunub: 4 900
Keçmiş nazirinin oğluna məxsus əmlakın geniş siyahısı
Son günlər Kürdəmirin icra başçısı, sabiq kənd təsərrüfatı naziri İrşad Əliyevin başının üstündə qara buludlar dolaşır.
Mətbuat yazır ki, təhsil naziri Mikayıl Cabbarov İrşad Əliyevin uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləmiş bacısını işdən azad elədi.Digər məlumatda bildirilir ki, İrşad Əliyev Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayevi xəstəxanalıq edərək yatağa salıb.
Belə ki, xəstəxananın təmirinə ayrılan 200 min manatı icra başçısı ilə baş həkim bölə bilmirlər. İndi isə redaksiyamıza İrşad Əliyevlə bağlı daha ilginc məlumat daxil olub. Belə ki, İrşad Əliyevin oğlu Vüqar Əliyevlə keçmiş həyat yoldaşı Məmmədova Nigar Azad qızının arasında əmlak bölgüsü ilə bağlı məhəkəmə prosesi gedib. Və keçmiş ər-arvad arasında əmlak bölgüsü hələ də başa çatmaq bilmir. Keçmiş nazirin oğluna məxsus əmlakın siyahısı o qədər genişdir ki, hətta məhkəmə icraçıları çətinlik qarşısında qalıblar.
Belə ki, Məmmədova Nigar Azad qızı keçmiş ərinə məxsus əmlakın tam siyahısını məhkəməyə təqdim edib. Təkcə onu qeyd edək ki, İrşad Əliyevin oğluna məxsus olan bahalı xarici avtomobillərin siyahısı çox genişdir.
Ortaya haqlı sual çıxır: icra başçısının oğlu bu qədər əmlakı hansı pulla əldə edib? Hazırda keçmiş nazirn oğluna və digər ailə üzvlərinə məxsus olan əlmakla bağlı araşdırmamız davam edir.
Bizi izləyin.
Qafqaznews.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər