Zərdab camaatı başçıdan Prezidentə şikayət etdi - Video+Foto
22-12-2013, 01:30
Oxunub: 4 819
Zərdab şəhərində Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun adını daşıyan küçənin sakinləri Prezident İlham Əliyevə müraciət edib.
AzNews.az-ın məlumatına görə, sakinləri narahatlıq yaradan məqam qəhrəmanın adını daşıyan küçənin acınacaqlı vəziyyətdən olmasıdır. Müraciətdə bildirilir ki, M. Məhərrəmovun adını daşıyan bu küçədə xüsusən qış aylarında həyat iflic olur:
“Məlik Məhərrəmov küçəsinin sonunda 2 saylı orta məktəbin olmasını nəzərə alsaq, bu yolda gediş-gəliş daha çoxdur. Kanalizasiya və su çəkilişinin yenidən bərpası ilə əlaqədar küçənin asfalt örtüyü qazılaraq, bərbad hala salındı. Yol kənarındakı səkilər isə sonuncu dəfə uzun illər bundan əvvəl təmir olunub. Yağış suları məktəblilərin və yaşlı insanların hərəkətini çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülməyib. Rayonun mərkəzində yaşamağımıza baxmayaraq, yayda tozdan, qışda isə palçıqdan küçəyə çıxmaq mümkün deyil”.
Müraciətdə o da qeyd olunub ki, M. Mərərəmovun adı yazılan lövhə də palçıqdan görünmür. Bu isə qəhrəmanın adına hörmətsizlikdir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər