Qazaxda evlər su altında qala bilər-Foto
28-07-2011, 20:40
Oxunub: 7 031


“Poylu” arxının illərdən bəri təmizlənməməsi şəhərdə infeksion xəstəliklərin yayılmasına gətirib çıxarsa da, rayon rəhbərliyi tədbir görmür
Qazax rayonunda evlər su altında qala bilər.
Bu barədə Bolgexeber-in ünvanına gələn şikayət məktubunda bildirilir. Qazax şəhəri, Azadlıq küçəsi 143, 145, 147 və 149 ünvanında yaşayan sakinlərin imzaladıqları məktub ciddi bir problemi ortaya çıxarıb.
Sakinlərin sözlərinə görə, həmin küçədən keçən “Poylu” arxı illərdən bəri təmizlənmədiyindən məcrasından çıxaraq, bağları gölməçəyə çevirib: “Bizim dəfələrlə başda rayonun icra hakimi Rauf Hüseynov olmaqla rayon rəhbərliyi qarşısında bu arxla bağlı məsələ qaldırmağımıza rəğmən, illərdən bəri ciddi problem içində qalmaqdayıq. “Poylu” arxı son 10 ildə bir dəfə də olsun təmizlənmədiyindən gələn su məcrasından çıxaraq, bizim bağlarımızı basmış, evlərimizi də qurunt sularından uçmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Hazırda həyətyanı sahələrimizin 2/3 hissəsi yararsız haldadır. Arxdan gələn çirkli sular, zibilliklər və kanalizasiya artıqları, o cümlədən çətənə kökləri, ilanlar-qurbağalar həyətlərimizi “işğal etmişdir”. Neçə illərdən bəri bar verən meyvə ağaclarımız son 3-4 ildə qurumuş, dillərə dastan olan bağlarımızdan əsər-əlamət qalmamışdır. “Poylu” arxının məcradan çıxması həm də buraya malyariya kimi xəstəliklərin yol tapmasına səbəb olmuşdur. Kəndli olaraq, həyətimizdə kənd təsərrüfatı ilə də məşğul olaraq, günlük ehtiyaclarımızı qarşılamağımız da imkansız hala gəlmişdir”.
Sakinlər bildirirlər ki, rayon rəhbərliyinə son üç ildə 352 məktub, 167 teleqramla müraciət edilsə də, Rauf Hüseynov rəhbərliyindəki Qazax İcra hakimiyyəti bu məsələyə laqeyd münasibət bəsləyir: “Artıq bəzi evlərin “podval”ına qurunt sularından girmək belə olmur və qurunt suları evlərdə çatlar yaradıb. Evlərimiz hər an su altında qala və ya uça bilər. Əlacımız üzüldüyü üçün Azərbaycan Prezidentindən yardım istəyirik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər