BolgeXeber.Com » Bölgə » 2 mərtəbəli evin 3 -cü mərtəbəsi

2 mərtəbəli evin 3 -cü mərtəbəsi

23-12-2013, 13:05
Oxunub: 3 000 Rayonda salınan 2 mərtəbəli qonaq evi 3 mərtəbəli şəxsi villa kimi təqdim edilib

Son dönəmlər Salyan rayonu ilə bağlı bir sıra məlumatlar mətbuatda yayılmışdı. Baş verənləri yerində görmək, araşdırmaq üçün Salyana yola düşmüş bir qrup mətbuat orqanının nümayəndəsi həqiqətləri öz gözləri ilə görə bildilər.

Qeyd edək ki, Salyana səfər edən və bu həqiqətləri görən KİV-lər arasında Tribuna Informasiya Agentliyi, Poliqon İnformasiya Agentliyi, Vətəninfo.az Xəbər Portalı, Bizimxeber.az Xəbər Portalı, Azernyus İnformasiya Agentliyi , JAM.AZ, Günxəbər.az portalı, Bolgexeber.com xəbər portalı, Gündəm Xəbər və Cümhuriyyət qəzetləri və digərlər mətbuat orqanları var idi. KİV rəhbərlərini qəbul edən Salyan Rayon İcra Başçısı Tahir Kərimov rəhbərlik etdiyi Salyan rayonu mətbuatın üzünə açıq olduğunu qeyd edib.

Həmin səfər çərçəvəsində Salyan ictimaiyyəti ilə görüşdə onların problemləri ilə maraqlanmaqla yanaşı, rayon haqqında fikirlərini də öyrənməyə çalışdıq. Əhali razılıqla Salyanın son illər dəyişdiyini bildirərək, yeni dəyişiklikləri də görmək üçün hazırlaşdıqlarını vurğuladılar. Onlar həyata keçirilən işlərin daha geniş vüsət almasını və rayonun bir sıra problemlərinin kökündən həll olunmasına nail olunacağına əmin olduqlarını qeyd edibldər.

Məlumat üçün bildirək ki, Salyan rayonu haqqında bir sıra mətbuat orqanlarında yazılar dərc olunurdu. Bu yazıları yerində dəqiqləşdirmək üçün «Yeni Musavat» qəzetinin əməkdaşı kifayət qədər ciddi bir araşdırma aparıb aşağıdakı nəticələri əldə etmişdir.

Son dövrlər Salyan və bu bölgənin icra başçısı Tahir Kərimov yenidən mətbuatın diqqət mərkəzindədir. Hələ 2011-ci ildə T.Kərimov barəsində yazılanlara birdəfəlik aydınlıq gətirmək üçün rayon mərkəzində ictimaiyyət qarşısında açıq görüş keçirmişdi, əhalinin gözü qarşısında jurnalistlərin suallarını cavablandırmışdı, şikayətləri dinləyib yerindəcə tapşırıqlar vermişdi.
Amma bir müddət keçdikdən sonra T.Kərimov yenə tənqidçi medianın gündəminə gəldi. İcra başçısının fəaliyyəti, rayonda sahibkarları incitməsi, dövlət büdcəsindən ayrılan xərclərin qeyri-şəffaf xərcləməsi, inzibati binaları özəlləşdirib ələ keçirməsi, hətta yaşadığı mənzildə elektrik sayğacının rayon icra hakimiyyəti binasının xətlərinə bitişdirib, işıq pulu belə vermədiyi haqda saysız-hesabsız məqalələr dərc olundu.
Nəhayət, ötən günlərdə Mətbuat Şurası redaktorları icra başçısı ilə görüşdürdü. Salyanda keçirilən tədbirdə T.Kərimov tənqidçi jurnalistləri rayona dəvət etdi, yerindəcə araşdırma aparıb əhalinin şikayətini dinləməyə çağırdı.
Qəzet Salyanda başçı ilə bağlı yayılan xəbərləri araşdırarkən məlum oldu ki, həqiqətən də Tahir Kərimovun metlax sexi var. Mətbuatda dərc olunan məlumatlarda deyilirdi ki, rayonda gedən abadlıq işlərində həmin sexin daşlarından istifadə olunur.
Amma həmin sexin kimə məxsus olması faktının altından qırmızı xətlə cızmaq lazımdır. Çünki metlax sexi icra başçısı Tahir Kərimova deyil, sahibkar Tahir Kərimova məxsusdur. İcra başçısı ilə sahibkarın ad-soyadlarının oxşar olması sonda belə xəbərin ortaya çıxmasına səbəb olub.
Sahibkar Tahir Kərimov bizimlə söhbətdə bildirdi ki, onlar tamet istehsal edirlər. Rayonun abadlaşdırılmasında həmin sexin daşlarından istifadə olunduğunu təsdiqləyən T.Kərimovun sözlərinə görə, bu əhvalat “Əhməd haradadır” filminə oxşayır. O, mətbuatda yayılan xəbəri eşidən kimi bunu gülüşlə qarşıladı.

Sahibkar ad-soyadlarının oxşar olduğunu və dəqiqləşdirmə aparmadan mətbuatda yazıldığını qeyd etdi. T.Kərimov dedi ki, onun sexi başçıya yox, özünə aiddir: “Biz burda tamet istehsal edirik. Rayonun abadlıq işlərində istifadə üçün bizdən alırlar. Heç ağlıma gəlməzdi ki, başçımızla ad-soyadım oxşar olduğu üçün belə bir hadisə ortaya çıxar”.

Bundan əlavə olaraq Rayona səfər edən KİV rəhbərləri bir əsas məsələyə diqqət ediblər. Mətbuatda yazılanlardan biri Salyan İH yaxınlığında tikilən 2 mərtəbəli qonaq evi ilə bağlıdır. Bu mətbutda Salyan rayon icra başçısına məxsus 3 mərtəbəli villa kimi təqdim edilir. Lakin həmin qonaq evində olan əməkdaşlarımız bunun 3 yox, cəmi 2 mərtəbədən ibarət olduğunun şahidi olublar. Bu yazılan məhşur teatırda deyildiyi kimi, «5 mərtəbəli evin 6 cı mərtəbəsi»nə oxşadı.
Bolgexeber.com