BolgeXeber.Com » Bölgə » Xaçmazda qanunsuz fəaliyyət göstərən parket sexi aşkarlandı

Xaçmazda qanunsuz fəaliyyət göstərən parket sexi aşkarlandı

28-07-2011, 20:45
Oxunub: 6 010 Parket sexinin “krışası” “jurnalist ” imiş

Qeyd edək ki, xeyli müddətdir ki, Bolgexeber.com-un şimal bürosuna regionda qeyri-qanuni fəaliyyət göstərərək, uzun müddətdir qanunsuz ağac kəsməklə parket və yeşik taxtası istehsalı ilə məşğul olan sexlər barədə informasiyalar daxil olur. Bu səpkidə informasiyalardan biri də Xaçmaz rayonu,Hacıəlibəyli kəndində fəaliyyət göstərən sex haqqındadır. Beləki, Ağammədov Təvəkkül Qəribşah oğluna məxsus olduğ bildirilən bu sexə Xaçmaz və Quba rayonlarının meşələrindən müxtəlif növlü ağaclar kəsilərək gizli yollarla daşınır. Sonradan isə həmin ağaclardan parket və yeşik taxtası istehsal olunaraq satışa çıxarılır. Belə nümunələrdən biri də ötən günlərdə baş verib.

Beləki, Bolgexeber.com-un şimal bürosuna Xaçmaz rayon Niyazabad kəndinin Qumluq təpələr adlanan ərazisində diametri 25-30 sm olan onlarla müxtəlif növ ağacların qanunsuz olaraq kəsilməsi və həmin sexə aparılması haqda məlumat daxil olmuşdur. Əməkdaşımızın məsələyə müdaxiləsindən sonra daha dəqiq desək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt” xidmətinə zəng vurmasından sonra 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müfəttişləri məlumatı araşdırmış, qanunsuz fəaliyyət göstərən bu sex barədə akt tərtib etmişlər.Məlum olmuşdur ki,sexin sahibi regionda “reket jurnalistika” ilə məşğul olan,müxtəlif dövlət strukturlarından və iaşə obektlərindən hədə, böhtan və şantaj yolu ilə “pul dilənən”, “IV hakimiyyətin kamerası” və “Evrotayms” qəzetlərinin bölgə müxbiri Kərim Ağammədovun qardaşı imiş.Əhali arasında törətdiyi əməllərə görə bir neçə dəfə dələduzluq maddəsi ilə polisə düşən bu şəxs sonradan polisin “informatoru” olduğu üçün cəzalanmaqdan yayına bilibmiş.

Qeyd edək ki, adıçəkilən şəxsin Daxili İşlər Nazirliyinin “102” xidmətinə də dəfələrlə dezinformasiya verdiyi söylənilir. Maraqlıdır ki,güc strukturlarını boş-boş,mənasız şeylərlə məşğul edən bu şəxsə qarşı indiyə kimi heç bir tədbir görülməmişdir.