BolgeXeber.Com » Bölgə » Gəncədə 5 polisi girov götürən şəxs zərərsizləşdirildi - Yenilənib-fotolar

Gəncədə 5 polisi girov götürən şəxs zərərsizləşdirildi - Yenilənib-fotolar

23-12-2013, 15:30
Oxunub: 2 500 Bu gün saat 12.20 radələrindən etibarən Gəncənin Dədə Qorqud küçəsində yerləşən 5 mərtəbəli binanın, üçüncü mərtəbəsində orta yaşlı kişi əlindəki qumbara ilə özünü və evi partladacağı ilə ətrafdakıları hədələməyə başlayıb. Onunla yanaşı evdə bir qadın da olduğu bildirilir. Həmin şəxs əlində qumbara tutaraq evdə olan qadınla bərabər hər dəfə balkona çıxır və qışqıraraq evi partladacağını bəyan edir.

Hazırda polis əməkdaşları evi mühasirəyə alıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri görülür. Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, şəhər prokuroru da hadisə yerinə gəlib.
Əli qumbaralı şəxs əvvəlcə 5 polis əməkdaşını girov götürübmüş. Lakin hadisə yerinə gələn Gəncə Polis İdarəsinin rəsmiləri və Şəhər Prokurorluğu ilə danışıqlardan sonra, o polisləri azad edib. Lakin əlindəki qumbara ilə özünü partaladacağını bildirib. əməkdaşımızın verdiyi məlumata görə, əli qumbaralı şəxs müəyyən tələblər irəli sürür. O, təhlükəsizliyinə zəmanət veriləcəyi, maşınla təmin olunaraq, Gürcüstana keçiriləcəyi təqdirdə binadan düşəcəyini bildirib.

***

12.59

Gəncədə dramatik anlar yaşanır. “Azadlıq” qəzetinin yaydığı xəbərə görə, şəhərin “Zabitlər evi” səmtində bir nəfər əlində qumbara ilə hədələyərək 5 nəfər polisi girov saxlayır. Hazırda Gəncə polisi və Daxili Qoşun əsgərləri həyacan siqnalı ilə ayağa qaldırıb. Həmin şəxsin zərərsizləşdirilməsi üçün əməliyyat qurulur.

Lakin Musavat.com-un Gəncədəki mənbələri polis əməkdaşlarının girov götürülməsi xəbərini təkzib etdilər. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, “Zabitlər evi”nin yaxınlığında bir nəfər əlində qumbara ilə mənzilin eyvanına çıxıb və özünü partladacağı ilə hədələyir.

14:15

Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxs zərərsizləşdirilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, həmin şəxs saxlanılaraq Polis İdarəsinə aparılıb.

Hazırda evdə axtarış aparılır.