Hansı icra başçıları vəzifələrini itirəcək?
25-12-2013, 12:10
Oxunub: 4 809
Fevraldan başlayacaq kadr dəyişikliyi Astaranın icra başçısı Qəzənfər Ağayevi postundan edəcək
Hakimiyyət fevral ayından etibarən icra başçıları ilə bağlı dəyişikliklərə başlayacaq. Bu barədə Jam.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda deyilir ki, bu dəyişiklik bir sıra rayonları əhatə edəcək və xeyli sayda icra başçısı işdən çıxarılacaq. Onların yeniləri ilə əvəzlənəcəyi və ya başqa rayonlara göndəriləcəyi isə hələlik tam məlum deyil. Bilinən odur ki, bir sıra rayonların rəhbərliyindəki dəyişiklik total xarakter daşıyacaq.
Verilən məlumatlarda qeyd olunur ki, işdən çıxarılacaq şəxslərdən biri Astaranın icra başçısı Qəzənfər Ağayev olacaq. Daha doğrusu, bu məsələ artıq dəqiqləşib. Səbəb isə icra başçısının Masallı və Astara rayonlarındakı bazarları ələ keçirmək üçün açıq şəkildə addımlar atması olub. Bununla bağlı yuxarı dairələrə çatan məlumatlara ilkin mərhələdə sərt reaksiya verilməsə də, sonradan məlum olub ki, Qəzənfər Ağayevin hərəkətləri ciddi narazılıqların əsasını qoyub. Hətta iş o yerə çatıb ki, Astara və Masallıda bu olaylarla əlaqədar etirazlar da başlaya bilərmiş.
Məlumatı verən şəxs deyib ki, məsələdən xəbərdar olan rəsmi şəxslər Qəzənfər Ağayevi ümumiyyətlə, İcra Hakimiyyəti sistemindən uzaqlaşdırmaq qərarına gəliblər.
P.S. Sabah işdən çıxarılacaq digər icra başçıları ilə də bağlı geniş məlumat verəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər