BolgeXeber.Com » Bölgə » Ağcabədidə bütün tenderləri icra başçısının oğlunun şirkəti qazanıb?

Ağcabədidə bütün tenderləri icra başçısının oğlunun şirkəti qazanıb?

26-12-2013, 10:25
Oxunub: 3 294 «Rahim Şahinoğlu» MMC-nin Şahin Məmmədovun oğluna məxsus olduğuna dair iddialar var

Azərbaycanda həyata keçirilən abadlıq və yenidənqurma işlərində iştirak edən şirkətlərin böyük əksəriyyətinin ayrı-ayrı məmurlarla, o cümlədən yerli icra başçıları ilə yaxın əlaqələri var.Məhz bu səbəbdəndir ki, bir çox rayonlarda görülən işlərin keyfiyyətsizliyi üzə çıxdıqda hamının gözü həmin mənqətənin rəhbərliyinə dikilir.

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, analoji vəziyyət Ağcabədi rayonunda da yaşanır. TİA.AZ-a verilən məlumatlarda iddia edilir ki, rayonun icra başçısı Şahin Məmmədovun oğlu Ağcabədi üçün nəzərdə tutulmuş bütün tenderlərə qatılaraq, adətən «qalib» olur. Elə bu səbəbdəndir ki, bu MMC-nin adı bir sıra satınalmalarda hallanmağa başlayıb.

Həmin məlumatda deyilir ki, «Rahim Şahinoğlu» MMC təkcə son 9 ay ərzində yalnız bir müəssisə üzrə keçirilmiş tenderdə 18 min manata sahib olub. Məlumatlarda vurğulanır ki, «Rahim Şahinoğlu» şirkəti bu pulun 4000 manatını Ağcabədi Peşə Məktəbində aparılmış cair təmir işləri ilə bağlı «qazanıb». Deyilir ki, sözügedən MMC pulu alsa da, bütün işləri məktəbin direktoru həyata keçirib.
Şirkətin «qazandığ» pulun 10 min manatı isə yenə həmin peşə məktəbi üçün digər maşın və avadanlıqların alınmasına «sərf» olunub. Bununla bağlı qeyd olunur ki, «Rahim Şahinoğlu» həm də Ağcabədi Peşə Məktəbinə kommunikasiya xidmətlərinin satın alınması üçün 4000 manat ayrılmış pulu da özünə götürüb.
Bu «Rahim Şahinoğlu» MMC-yə ayrılmış pulların çox cüzi hissəsidir. Böyük işlərin görülməsi üçün Ağcabədidə keçirilmiş tenderlərin əksəriyyətində bu şirkətin iştirak etdiyi dəqiqdir. Şübhəsiz ki, öz oğlunu prosesə cəlb edən icra başçısı Şahin Məmmədov bununla büdcədən ayrılmış pulların bir qismini ələ keçirməyə çalışıb.
Bolgexeber.com