BolgeXeber.Com » Bölgə » Gəncədə oğul anasını öldürüb, ana qızını, qardaş isə bacısını bıçaqlayıb
Gəncədə oğul anasını öldürüb, ana qızını, qardaş isə bacısını bıçaqlayıb
7-01-2014, 14:30
Oxunub: 4 301
Gəncə şəhər Baş Polis İdarəsindən şəhərin Heydər Əliyev prospekti, 93 ünvanında ölüm hadisəsi qeydə alınıb. Məlumata görə 1963-cü il təvəllüdlü Yaşar İslam oğlu Qasımov anası, 78 yaşlı Cəvahir Xızıyevanı döyərək öldürüb. Spirtli içki aludəçisi olduğu bildirilən Y. Qasımov saxlanılıb.
Bundan başqa ötən gün Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlahə Cəlilova qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Nizami rayon Polis İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində İ. Cəlilovanın, anası Mehriban Cəlilova tərəfindən bıçaqlandığı məlum olub. Hadisəyə ailə münaqişəsinin səbəb olduğu bildirilir.
Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Tural Əliyev isə 1981-ci il təvəllüdlü bacısı Lalə Əliyevanı bıçaqlayıb. L. Əliyeva qarnının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hər üç faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər