Mingəçevirdə Gənclər evi üçür
14-01-2014, 11:30
Oxunub: 4 834
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində Mingəçevirdə 9 ay əvvəl istifadəyə verilən “Gənclər Evi” artıq sökülməyə başlayıb.Prezidentin aprelin 16-da Mingəçevirə səfəri zamanı açılış mərasimi keçirilən “Gənclər evi”nin binasının ön, sağ və arxa tərəflərindən üzlük daşları qopub. Bundan zirzəmiyə girişdə də üzlük daşlarının bəziləri qopub tökülüb. İdman zalı kimi nəzərdə tutulan zirzəminin su sistemi isə hələ də qurulmayıb. Baxmayaraq ki, binanın açılışı zamanı ölkə prezidentinə binanın fəaliyyətə tam hazır olduğu barədə məlumat verilib.Gənclər və İdman İdarəsinin nəzarətində olan, açılışının 1 ili tamam olmayan “Gənclər Evi” bu qəbildən olan ən böyük mərkəzlərdən biri hesab edilir. Məlumata görə, hələ də mərkəzə rəhbər təyin edilməyib, faktiki nəzarəti Gənclər və İdman idarəsi həyata keçirir. Binada hələlik heç bir təmir işləri aparılmır. Qeyd edək ki, müəssisənin ümumi sahəsi 3723 kvadratmetrdir.aznews.az

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər