BolgeXeber.Com » Bölgə » Təvəkkül Məmmədov Eldar Əzizovun qəzəbinə niyə tuş olub?

Təvəkkül Məmmədov Eldar Əzizovun qəzəbinə niyə tuş olub?

16-01-2014, 11:15
Oxunub: 4 096 Sumqayıt Şəhər Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyinin sədri hər il dövlətin külli miqdarda vəsaitini mənimsəyir; bu mənimsəmələrin bir hissəsini icra başçısından gizlətdiyi üçün Eldar Əzizov idarə müdirinin «payına» əl qoyub…

Bir neçə gün əvvəl dövrü mətbuatda Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin sədri Təvəkkül Məmmədovun icra başçısı Eldar Əzizovla aralarında «paylaşım» probleminin olması ilə bağlı yazı dərc olundu. Həmin yazıda bildirilirdi ki, Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyinin sədri bir neçə milyonluq lahiyə həyata keçirsədə, bu lahiyələrdən istədiyi «gəliri əldə edə bilməməsindən narazı qalıb.

Məsələ ilə PİA.AZ-a daxil olan əlavə məlumatda bildirlir ki, 2013-cü ildə Smqayıt şəhərində 5 milyon manata yaxın (4892098 dörd milyon səkkiz yüz doxsan iki manat) vəsait ayrılıb. Bu vəsaitin 612 min manatı yaşayış binalarının təmiri, 3 milyon mantı küçə və yolların asfalt örtüklərinin təmiri, 950 min manatı Xiyaban, park və səkilərin abadlaşdırılması, 200 min manatı yol cizgiləri üçün boyaların alınmasına, 100 min mantı isə təsərrüfat mallarının alınmsaına xərclənib.

Məlumata əsasən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin sədri Təvəkkül Məmmədovun əsas işi həyata keçirilən işlərə nəzarət və bu təmirlərin təhvil alınmasından ibarət olub. Mənbə iddia edir ki, Təvəkkül Məmmədov həyata keçirilən 5 milyonluq lahiyələrdə çoxlu qaranlıq maxinsaiyalara şərait yaratdığı üçün icra başçısı Eldar Əzizovun qəzəbinə tuş olub və buna görə də istədiyi qədər «payını» ala bilməyib. Təvəkkül Məmmədovun da narazılığı məhz icra başçısının onun «payını» kəsməsi ilə əlaqədardır.

Buna baxmayaraq məlumatda iddia olunur ki, əslində Təvəkkül Məmmmədov bu lahiyyələrdən kifayət qədər qazanc əldə edib. Belə ki, küçə və yolların asfaltlanması, eyni zamanda xiyabanların, parkların, səkilərin abadlaşdırılması lahiyyəsində təsərrüfat rəhbəri bu işləri həyata keçirən şirkətin xərclənən vəsaitdən daha az iş görməsinə göz yumduğu üçün yüz min manata yaxın faiz alıb.

Eyni zamanda Sumqayıt şəhərində Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyinin həyata keçirdiyi zibil təmizləmə əməliyyatıda Təvəkkül Məmmədovun əsas qazanc yerlərindən birirdir. Qeyd edilir ki, ay ərzində Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyinin Sumqayıt şəhərində həyata keçirdiyi təmizlik marşurutları bir neçə dəfə şişidilərərk yanacaq işlənməsi adı altında dövlətdən ayrılan on minlərlə manat vəsait Təvəkkül Məmmədov tərəfindən mənimsənilir.

Təvəkkül Məmmədovun başqa bir korrupsiyası isə mənzil gəlirlərinin azaldılması əməliyyatıdır ki, Mənzil Komunnal Təsərrüfatı İstehsalat Birliyinin sədri dövlətin gəlirlərini gizlədir və bu gəlirlərin böyük hissəsini mənimsəyir. Qeyd edək ki, Təvəkkül Məmmədovun Sumqayıt şəhərində xeyli sayda biznes obyektlərinin olduğu bildirirlir və bu barədə redaksiyamıza göndərilən informasiyaları araşdırılaraq növbəti saylarımızda oxucularımıza təqdim etməyə çalışacağıq.

Qarışı tərəfin mövqeini dərc etməyə hazırıq…

pia.az