Sumqayıtda doğum evində faciə
21-01-2014, 12:25
Oxunub: 4 683
“Ananın vəziyyəti ağır qiymətləndirilir”.
Sumqayıt şəhərində doğuş evində faciə yaşanıb.
Oxu.Az-a daxil olan məlumata görə, Sumqayıt şəhər 2 saylı Doğum evinə hamiləliyin 8-ci ayında olan və kəskin böyrək çatışmazlığından əziyyət çəkən Leyla Mirzəyevə daxil olub.
Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyevanın bildirdiyinə görə, yanvarın 16-da Leyla Mirzəyeva şəhərin 2 saylı Doğum evinə müraciət edib.
“Xəstəxanaya gətirilərkən ananın vəziyyəti ağır olub. 8 aylıq hamilə olan qadın kəskin böyrək çatışmazlığından əziyyət çəkirmiş. Doğum evinə daxil olduqdan sonra aparılan müayinə ananın bətnindəki körpənin öldüyünü göstərib. Həkimlərin konsiliumundan sonra xəstənin əməliyyat olması barədə qərar qəbul etmişik. Əməliyyat nəticəsində ölmüş körpə ananın bətnindən çıxarılıb. Hazırda Leyla Mirzəyeva xəstəxanadadır. Onun vəziyyəti ağır qiymətləndirilir”, - deyə, X.Quliyeva qeyd edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər