BolgeXeber.Com » Bölgə » Ağdaşın icra başçısı büdcə pullarını necə "silir"?

Ağdaşın icra başçısı büdcə pullarını necə "silir"?

23-01-2014, 07:10
Oxunub: 3 606 Ağdaşın icra başçısının «nisyə dəftəri» varmış

Tofiq İbrahimov büdcənin pullarını «silmək» üçün rayondakı bütün işləri yerli sahibkarlara, idarə və müəssisə rəhbərlərinə gördürüb

Büdcə vəsaitlərini talan etmək üçün müxtəlif vasitələrə əl atan yerli məmurlar bu zaman heç də kiçik olmayan məbləğləri mənimsəməkdədirlər. Rəsmi məlumatlara diqqət yetirildikdə isə ayrılan pulların hansı işlərə xərclənməsi nəcib bir hərəkət kimi görünsə də, reallıqla zidiyyət təşkil edir.

Bütün rayonlarda son illər həyata keçirilən «tender oyunları» əslində, icra başçılarının ən böyük qazanc yeridir. Ona görə ki, hər il büdcədən ayrılan vəsaitlərin miqdarı həddən ziyada böyükdür və onların elə böyük qismi də təyinatı üzrə xərclənmir.

Apardığımız araşdırmalar zamanı belə hallardan birinin də Ağdaş rayonunda baş verdiyi məlum olub. JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, təkcə 2012-ci ildə sözügedən rayona abadlıq işlərini həyata keçirmək üçün 1 milyon manat pul ayrılıb. Həmin pulun rayonda abadlıqdan başqa, hansı işə desək xərcləndiyi isə göz qabağındadır.

Belə ki, Ağdaşın icra başçısı həmin il ayrılmış 1 milyon manatı rayonun abadlaşmasına, daxili yolların çəkilməsinə və bəzi bu cür işlərə sərf etməliydi. «Elegant-CO» MMC-yə həvalə edilmiş işlərin səviyyəsini isə ağdaşlılar daha yaxşı bilirlər. Əslində, bu MMC-nin birbaşa yerli məmurlara bağlı olduğu və məqsədli şəkildə yaradıldığı deyilir. İddia olunur ki, rayondakı əksər işləri məhz «Elegant-CO» həyata keçirir ki, bu da icra başçısı ilə razılaşdırılmış oyunun tərkib hissəsidir.

Amma həmin puldan daha artığı toplanılsa da, onun çox cüzi hissəsi bu işlərə sərf olunub. Araşdırmalara görə, Ağdaş rayonunda abadlaşma işləri əsasən kosmetik xarakter daşıyıb. Rayonun mərkəzindən kəndlərə uzanan, habelə daxili yolların bərbad halda olması isə bircə dəfə yağış yağdıqdan sonra aşkar şəkildə görünür.

Qeyd edək ki, faktiki olaraq Ağdaş rayonunun daxili yollarının böyük bir qismi demək olar ki, keçilməzə çevrilib. Xüsusən də qış aylarında yığış, qar yağan kimi, həmin yollarla hərəkət etmək mümkünsüzə dönür. Hərçənd rəsmi sənədlərdə bu yolların çoxdan asfaltla örtündüyü qeyd olunur. Hətta bu məqsədlə astronomik məbləğdə pulların sərf olunduğu vurğulanır.

Amma aparılan araşdırmalar zamanı belə məlum olub ki, rayonun icra başçısı Tofiq İbrahimov bu «tender oyunları»nın əsmas qəhrəmanıdır. Çünki büdcədən ayrılan pulun heç də hamısı işə sərf olunmur və böyük bir qismi onun şəxs məqsədləri üçün götürülür. Bundan başqa, 2012-ci ildə Ağdaşda həyata keçirilən abadlaşma işləri isə rayondakı sahibkarlar, idarə və müəssisə rəhbərlərinin hesabına reallaşdırılıb. Yəni, Tofiq İbrahimov işlərə başlamamışdan öncə bütün sahibkarların yanına adam göndərərək, onlardan işlərinin həcminə görə müxtəlif məbləğdə pullar tələb edib. Sahibkarlar da çıxış yolları olmadığından həmin pulu ödəmək məcburiyyətində qalıblar.

Məlumatlara görə, həmin vaxt sahibkarların bir çoxunun tələb olunan miqdarda nağd pulu olmayıb. Bu zaman icra başçısı onlara güzəşt edərək, sahibkarlar üçün «Nisyə dəftəri» açdırıb. Belə ki, tələb olunan pulu verə bilməyən iş adamı həmin məbləği hissə-hissə ödəmək yolu ilə yekunlaşdırmalıymış. Bunun üçün açılmış «nisyə dəftəri»ndə isə sahibkarın adı yazılır və qarşısında da nə qədər ödədiyi və ödəyəcəyi qeyd olunurmuş.

İdarə və müəssisə rəhbərlərinə gəldikdə isə onların durumu kifayət qədər ağır olub. Çünki icra başçısı abadlıq işlərini həyata keçirmək üçün həmin şəxslərdən iki dəfə pul yığıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.