Qarabağ qazisi qəzetdən pulunu ala bilmir
24-01-2014, 08:00
Oxunub: 4 840
Məmmədağa Quliyev: «Futbol Planet»ə verdiyim proqnozlara görə udduğum pulları ödəməkdən imtina edirlər»
Azərbaycanda son illər futbol oyunları üzrə proqnozlar verilməsi geniş yayılıb. Xüsusən də «Topaz» şirkətinin təşkil etdiyi kontorlarda mütəmadi olaraq hər yaşdan olan insanları görmək mümkündür. Amma buna paralel olaraq, ölkədə nəşr olunan bəzi qəzetlərin də oyunlar üzrə proqnoz qəbul etməsinə qanunla icazə verilib.
Jam.az xəbər verir ki, Masallı rayon sakini, ixtisasca həkim olan Qarabağ müharibəsi veteranı Məmmədağa Quliyevin də üzləşdiyi problem məhz həmin qəzetlərin biri ilə bağlıdır. Redaksiyamıza müraciət edən Quliyev bildirib ki, ötən ilin sonlarına yaxın «Futbol Planet» qəzetinin keçirdiyi müsabiqəyə qatılaraq, futbol oyunları üzrə proqnozlar verib. Və iki dəfə iştirak etdiyi prosesdə qalib olub. «Yazdığım nəticələr doğru çıxdı və mən iki dəfə arda-arda qalib oldum. Buna görə mənə çatacaq olan pul mükafatını «Futbol-Planet» qəzeti haqsızlıq edərək “pulumuz yoxdur” bəhanəsilə vermir. Sizdən şikayət edəcəyimi deyəndə “bizim heç kəsdən qorxumuz yoxdur, hara istəyirsən şikayət et” cavabı verirlər».
Məmmədağa Quliyev bildirir ki, udduğu varinatın tiraj nömrəsi 468, Pin kodu isə 64 və 81 olub. Uduşların miqdarı isə hər iki dəfə 177,7 manat təşkil edib. «Uduşlar 16.11.2013 tarixdə verilməli idi. Amma hələ də verilməyib».
Məsələni araşdırmaq üçün qəzetlə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər