BolgeXeber.Com » Bölgə » Oğuzun icra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər

Oğuzun icra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər

24-01-2014, 12:30
Oxunub: 3 415 İcra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər
Oğuz rayonunda ciddi abalaşdırma və yenidənqurma işləri aparılır. Amma hər yerdə olduğu kimi icra başçısı Eyvaz Qurbanov da, öz həmkarlarının yolu ilə gedərək həyata keçirilən abadlıq işlərindən «öz payını» götürür. Həm də rayona ayrılan vəsaitlərin təqribən 30-40 faizi həcmində.

Oğuz rayonu ilə bağlı PİA.AZ-a daxil olan məlumatda rayon icra başçısı Eyvaz Qurbanovun son illər Oğuz şəhərinin abadlaşdırılması yaşıllaşdırılması lahiyyələrində xərclənən milyonlarla manat vəsaitin bir hissəsini mənimsəmədiyi iddia olunur. Belə ki, məlkmatda göstərilir ki, 2011-ci ildə Oğuza icra başçsıs təyin olunan Eyvaz Qurbanov keçmiş sələfindən fərqli olaraq rayonun abadlaşdırılması tikinti lahiyyələrinin həyata keçirilməsində mühüm addımlar atıb. Ancaq həyata keçirilən bu lahiyyələrdə böyük həcmdə dövlət vəsaitinin mənimsənildiyi də iddia olunur.

Bilgi verən mənbə iddia edir ki, 2013-cü ildə Oğuz şəhərində abadlıq, yolların, səkilərin təmiri. Işıqlandırma işlərinin həyata keçirilməsinə 2 milyon manatdan çox vəsait xərclənib. Llakin səki və arxların təmiri, abadlıq işləri, işıqlandırma, yolların təmir işlərini hayat keçirən «Uğan» MMC-yə köçürülən 1,8 milyon manat vəsaitin bir hissəsi mənimsənildiyi iddia olunur. Həmçinin məlumatda qeyd olunur ki, «Uğan» MMC icra başçısına yaxın bir şəxsə aiddir və Eyvaz Qurbanov özünə yaxın olan şirkətə rayonun əsas abadlıq işlərini tapşırmaqla böyük maliyyə maxinasiyalarına yol verib.

Məlumatda göstərilir ki, “Uğan“MMC icra başçısı Eyvaz Qurbanova arxalanaraq həyata keçirdiyi təmir, yolların təmiri və çəkilişi işlərində alınan mal-materialların qiymətində fantastik dərəcədə şişirtmələrərə yol verib. Qeyd olunur ki, ən böyük maliyyə maxinasiyalarından biri rayonun daxili büdcəsindən maliyyələşdirilən Bayraq meydanının tikilməsində yol verilib. Milyonluq layihədə də mənimsəmə hallarının həddindən artıq böyük olduğu bildirilir. Mənbə bildirir ki, “Uğan“MMC-nin mənimsədiyi vəsaitin çox hissəsi icra başçısına çatdırılıb.

“Uğan“MMC-nin rəhbərliynə gəlincə isə bu barədə rayonda icra başçısından başqa demək olar ki, heç kim məlumata malik deyil. Sadəcə rayonda gəzən əslində “Uğan“MMC-nin Eyvaz Qurbanovun özünə məxsus olduğu və bir dostunun adına sənədləşdirildiyi haqqında dedi-qodular gəzir.

Bundan başqa Oğuz şəhər icra nümayəndəliyi keçən il “xırda” abadlıq işləri üçün bir çox müəsissələrə 200 minə yaxın vəsait köçürüb. Bu vəsaitin də böyük bir hissəsinin mənimsənildiyi məlumatda qeyd olunur.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazıırıq… -