BolgeXeber.Com » Bölgə » Balakən rayon məhkəməsi vətəndaşın mülkünü əlindən alır...

Balakən rayon məhkəməsi vətəndaşın mülkünü əlindən alır...

25-01-2014, 16:25
Oxunub: 4 416 Balakən şəhəri, Nizami kucəsi, bina 4, mənzil 9 ünvanda yaşayan Aydın Əliyev və həyat yoldaşı Qafqaznews.az saytına müraciət edib. Müraciətdə deyilir:

23 ildir dərzilik peşəsində calışıram. Bu müddət ərzində həyat yoldaşımla Balakən bazarında yerləşən 30 kv.m-lik bina-pavilyonda işləmişik. 1991-ci ildən bugunədək həmin pavilyonun bütün kommunikasiya xərclərini ödəmişik.
Lakin 2011-ci ildən başlayaraq Balakən rayonunda əmlak məsələləri üzrə nümayəndə Xanım Əzizova imkanlı iş adamı Rəşidin adına müxtəlif obyektləri özəlləşdirməyə başlayandan sonra, “növbə” bizim ailənin 30 kv.m-lik pavilyonuna çatdı. Bu pavilyon bizim ailənin yeganə dolanışıq yeridir.
Mən şəxsi vəsaitim hesabına tikdiyim 30 kv.m-lik qeyri-yaşayış sahəsi olan pavilyona mülkiyyət hüququmun tanınması tələbilə Balakən Məişət ASC-yə qarşı rayon məhkəməsinə müraciət etdim.

İşə baxan Balakən rayon məhkəməsi 04 oktyabr 2013 -cü il tarixli Qətnaməsi ilə iddiamı təmin etmədi. Balakən rayon məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli Qətnaməsi maddi və prossesual huquqi normaların pozuntusu ilə cıxarılmışdır .İlk növbədə onu qeyd etməliyəm ki, mənim iddiamla bağlı məhkəmənin 04 oktyabr 2013- cü il tarixdə çıxardığı qətnamə 35 gun sonra, yəni 8 noyabr 2013 -cu il tarixdə mənə verilmişdir. Cavabdeh tərəfə isə qətnamə vaxtında verilib. Məhkəmənin məqsədi mənim apellyasiya şikayətini verməyimin qarşısını almaq olub.

Digər tərəfdən Balakən rayon məhkəməsi qətnamə cıxararkən işdə olan sənədlərə huquqi qiymət verə bilməmişdir.Belə ki, cavabdeh tərəf açıq şəkildə məhkəməyə bildirir ki, mubahisə edilən pavilyon 1983-cü ildə guya bazar icərisində tikilmişdir . Hansıki həmin Mərkəzi bazar 1984-cü ildə tikilməyə başlamış və 1985-ci ildə isdifadəyə vermilmşdir . Balakən rayon Mərkəzi bazarın rəhbərliyi tərəfindən məhkəməyə təqdim edilmiş arayışda qeyd olunur ki, S.Gözəlov küçəsində yerləşən bazar 1985-ci ildə isdifadəyə verilmiş və bu zaman bazarın daxilində hec bir kənar tikili, eyni zamanda əhaliyə məişət xidməti istehsalat idarəsinə, indiki Balakən Məişət ASC-yə məxsus hər hansı obyekt olmamışdir.

1985 -ci ildə Məişət xidməti istehsalat idarəsində şagird qismində işə qəbul edilən Şindiyev Aydın Məhamarasul oglu şahid qismində məhkəmədə ifadə verərək bildirmişdi ki rayonun baş memarının göstərdiyi yerdə bazarın icərisində öz vəsaiti hesabına 30 kv.m ölçüdə mübahisə edilən binanı-pavilyonu çaylaq daşından özümə şəkil çəkən sex kimi tikdirmişəm. Sonradan ailə vəziyyətimlə bağlı həmin binanı Əliyeva İlhamə Rəşid qızına və onun əri Əlyev Aydin Mahmud ogluna 5000 rubla satmışam .

Balakən rayon Dovlət arxivinin 21.11.2012 -ci il tarixli 25 saylı arayışında qeyd olunur ki, Balakən rayon XDS icraiyyə komitəsinin 1986 -1990 -ci illərə dair protokol kitablarında kolxoz bazarı ərazisində Əhaliyə Məişət Xidməti idarəsinə hər hansı bir 30 kv.m-lik obyektin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında qeydin olmadığı göstərilir. Eyni zamanda dovlət arxivinin 08 fevral 2013-cü il tarixli 31 saylı arayışında da qeyd olunur ki, Balakən rayon XDS icraiyyə komitəsinin 1986 -1991-ci illərə aid protokol kitablarında icra hakimyyətinin 1992-1997-ci illərə dair sərancam kitablarında Əhaliyə Məişət Xidməti İdarəsinin (Balakən Məişət ASC ) dərzi sexinin tikilməsi üçün torpaq sahəsinin ayrılması və həmin binanın tikilməsinə dair smeta layihə baradə heç bir qeydiyyat olmamışdır.

Bu o deməkdir ki bazarın içərisində Məişət Xidməti istehsalat idarəsinə bina tikmək üçün Balakən XDS tərəfindən torpaq sahəsi ayrılmamış və bina da tikilməyib .Bu halda ƏMXİ idarəsinin balansında mubahisə edilən obyektin olmadığı müyəyyən edilir.

ƏMXİ idarəsinin balansına dair komissiya tərəfindən tərtib edilmiş bina və tikililərin dəyərinin qiymətləndirliməsi üzrə 1997-ci il 01 iyul tarixli aktda mənim istifadəmdə olan bina qeyd olunmayıb. Sadəcə olaraq komissiya heç nəyi araşdırmadan həmin aktda qeyd olunan 14 nomrəli sayda yerləşən inşa tarixi 1983 -cü il olan pavilyonun qarşısında ərim Əliyev Aydin Mahmud oglunun adını qeyd ediblər. Bununla da cavabdeh tərəf təsdiq etməyə çalışır ki, həmin paviliyon bazarın icərisində yerləşir. Aktda qeyd olunan 1983-cü ildə inşa edilən paviliyon mənə məxsus deyil .

01 iyul 1997-ci il tarixli aktda qeyd olunan binalar ozəlləşdirmədə iştirak edib. Mənim isdifadəmdə olan bazarın icərisində yerləşən 30kv.m-lik dərzi sexi ASE -yə aid olmadıgı üçün akta salınmayıb və özəlləşmədə iştirak etməyib.1999-cu il 17 iyun tarixdə axşam saat 20.30 radələrində isdifadəmizdə olan dərzi sexində yanğın baş vermişdir . İşdə olan Balakən rayon dovlət yanğin təhlukəsizıiyi xidmətinin 10 mart 2006 ci il tarixli 1-3 430 sayli arayışında qeyd edilir ki, yanğın zamanı dərzi sexinin binası daxilindəki avadanlıqlar və əşyalar tamamilə yanaraq yararsız vəziyyətə düşmüş, yanğın nəticəsində 890 000 manat (köhnə manatla) ziyan dəymişdir. Yanğın zamanı binada ƏMXİ idarəsinin 2 ədəd tikiş maşini olmuşdur ki, həmin tikiş maşınlarının dəyəri 210 000 manat olmuşdur ki, biz də bu müəssisəyə dəyən 210 000 manatı 24 aprel 2000 -ci il tarixli 29 saylı kassa mədaxili qəbzinə asasən muəssisənin xəzinəsinə ödəmişik . 680 000 manat ziyan ( ozumuzə məxsus parça geyim əşyaları və s.) özümüzə dəymişdir .

İsdifadə etdiyimiz bina özümüzə məxsus olduğu ücün müəssisə tərəfindən bizə qarşı heç bir iddia və tələb irəli sürülməmişdir . Məhkəməyə təqdim etdiyim və işdən cıxarıldığım 2011- ci ilin fevralınadək Balakən ASC nin rəhbarliyi ilə hər il 2007, 2008 və 2009-cu illər üzrə bağladığım əmək müqaviləsinin mülkiyyət munasibətlərinin tənzimlənməsi uzrə 7.4 -cü hissəsində işci əmək funksiyasının icra zamanı ozümün aşağıdakı səxsi əmlakimdan isdifadə edir qeydində işlədiyim binanın tikiş maşınının biçim stolunun mənim şəxsi əmlakım olduğunu müəsisənin rəhbəri özü qeyd etmiş və özü də muqaviləni imza edib möhürü ilə təsdiq etmişdir. Amma Balakən rayon məhkəməsi həmin muqavilələrdə müəssisə tərəfindən qeyd olunan hala hüquqi qiymət verməmiş ,həm də bu sənədlərin, muqavilələrin adı qətnamədə cəkilməmişdir .

Həmin əmək müqavilələrində müəssisə tərəfindən qeyd olunan hal özü təsdiq edir ki , həmin bina, isdifadə etdiyim tikiş maşını və orda olan bütün əmlak da mənim əmlakımdır Yanmış binanın daş divarları da yararsız olduğu üçün bina üçün yeni özül qazaraq mişar daşından binani yenidən tikdik. Məhkəmənin qətnaməsində bu haqda hec bir qeyd yoxdur, qətnamədə qeyd olunur ki, guya biz yalniz binanın şiferini bərpa etmişik .Binanı yenidən tikən usta və fəhlələr hal- hazırda da yaşayırlar, biz onları şahid qismində məhkəməyə qətirmişdik.

Məhkəmə onları dindirməkdən imtina etdi, bəhanəsi də o oldu ki ,guya cavabdeh tərəf bildirir ki, binanı iddiaçı tikib . Amma bu haqda da qətnamə cavabdeh tərəfin fikri qeyd olunmayıb .Yuxarda qeyd olunan bu hal da təsdiq edir ki məhkəmə tərəfindən qətnamə qərəzli cıxarılmışdır . 1991- ci ildən həmin binada işləmişəm. 1999- cu ildən bina tam yandıqdan sonra mubahisə edilən binanı tam kökündən ərimlə mən tikmişəm . Azərbaycan Respublikası mülki məcəlləsinin 203.1 maddəsində qeyd olunur ki, daşınmaz əmlakın dovlət reyistirində qeydiyyat yazısı ləgv edildikdə belə daşinmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət huququ itirilir, mübahisə edilən bina hec vaxt Balakən ƏMXİ idarəsinin onun əvəzində yaranan Balakən məişət ASC-nin mülkiyyəti olmamışdır .1999- cu ildən həmin obyekt tam yanıb məhv olduğu ücün ASC-nin həmin bina uzərində mülkiyyət hüququ olubsa belə 1999- cu ilə tam yandığı gunədək MM qeyd olunan qaydasına görə ASC-nin həmin bina üzərində mülkiyyət hüququnu itirmişdir . Bu gün isdifadadə olan tikdiyim bina yanandan sonra ASC tərəfindən tikilməsinə dair cavabdeh tərəfin heç bir sənədi yoxdur.Və məhkəməyə də təqdim edə bilmir .

Mən işdən cıxarıldıqdan sonra Balakən ASC-nin mübahisə edilən obyektdə DƏDRX Zaqatala ərazi idarəsi tərəfindən 13 iyul 2011- ci tarixdə MA seryalı 0230224 sayli cıxarış götürülmüşdür. Həmin cıxarışda qeyd olunan gösdəricilər də həqiqəti əks etdirmir .Çıxarışda qeyd olunan torpaq sahəsi mülkiyyət növü kimi dövlət qeyd edilmişdir .Halbuki həmin torpağın dövlətin olmasını sübut edən heç bir sənəd yoxdur. Çıxarışda qeyd olunan torpaq sahəsi Balakən səhər balədiyyəsinə məxsus ərazidə yerləşir və onun mülkiyyətidir Həmin binanı illər boyu öz vəsaitim hesabına təmir etdirmişəm və qoruyub saxlamışam . Mövcud qanunvericiliyə əsasən Balakən rayon məhkəməsinin 04 oktyabr 2013- cu il tarixli qətnaməsini ləğv edib 1999- cu ildə şəxsi vasaitim hesabına tikdiyim 30kv.m olan qeyri-yaşayış binasına mülkiyyət hüququmun tanınması haqqında qətnamə çıxarmağı Şəki Apellasiya Məhkəməsinin Mülki Kollegiyasından xahiş edirəm .