BolgeXeber.Com » Bölgə » Bərdənin icra başçısı kasıb ailələr üçün gətirilmiş heyvanları özünə götürüb?

Bərdənin icra başçısı kasıb ailələr üçün gətirilmiş heyvanları özünə götürüb?

29-01-2014, 07:15
Oxunub: 3 667 Vidadi İsayev450 baş qurbanlıq qoyunu fermasına qatıb

Bərdənin icra başçısı Vidadi İsayevlə bağlı olduqca maraqlı məlumatlar ortaya çıxıb. Verilən məlumata görə, rayonun rəhbəri ilə bağlı ilk məlumat Bərdədə dövlət vəsaiti hesabına görülən işləri əhatə edir.

Belə ki, Vidadi İsayevin bütün büdcə təşkilatlarında çalışanları tikinti və təmir işlərinə cəlb etdiyi, onlara verilməli olan pulları isə özünə götürdüyü deyilir. İddia olunur ki, fəhlə adı ilə sənədləşdirilən həmin şəxslər yalnız dövlətdən aldıqları əmək haqları ilə kifayətlənməli olurlar.

İkinci məlumat isə heç də xoşagələn deyil. Jam.az-a məlumat verən şəxslər bildiriblər ki, hadsə sonuncu Qurban Bayramı günlərində baş verib. Belə ki, Bərdənin icra başçısı Vidadi İsayev bütün idarə və müəssisə rəhbərlərinə, habelə yerli icra nümayəndələri və məsul şəxslərə göstəriş verib ki, kasıb ailələrə yardım göstərilməsi məqsədi ilə hər biri bir baş qoyun alıb gətirməlidirlər. Sözügedən qurumların da rəhbərləri hərəyə bir qoyun alaraq, onu icra başçısının qulluğuna ərz ediblər. Vidadi İsayev də 600 baş olan bu qoyunların cəmi 150 başını kəsdirərək, ətini bəzi kasıb ailələrə paylatdırıb. Yerdə qalan 450 qoyunu isə Yevlaxdakı fermasına daşıtdırıb.