BolgeXeber.Com » Bölgə » Ağsuda 60 milyon manat necə «xərclənib»?

Ağsuda 60 milyon manat necə «xərclənib»?

29-01-2014, 07:20
Oxunub: 3 963 Ənvər Seyidəliyev kanalizasiya və su xəttlərinin çəkilməsi zamanı milyonlara sahib olub

Ötən gün Ağsu rayonunda baş verən özbaşınalıq, bu məntəqənin 4 nəfər tərəfindən bölüşdürüldüyü barədə məlumat vermişdik. Bildirmişdik ki, rayonun icra başçısı Ənvər Seyidəliyev, keçmiş icra başçısı Əflatun Rufiyev, bələdiyyə sədri Aqil Niftəliyev və torapq xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədov tərəfindən Ağsuda bir qarış torpaq, boş bir obyekt saxlanılmayıb.

Bununla bağlı apardığı araşdırmalar zamanı isə daha maraqlı və dəhşətli yeyinti halları üzə çıxıb. Belə ki, Ağsu şəhərinin kanalizasiya və su xətlərinin yenidən qurulması üçün büdcədən 60 milyon manat pul ayrılıb. Lakin bu pulların heç də hamısı nəzərdə tutulan işlərə sərf olunmayıb. Əksinə, yeyinti halları o qədər çox olub ki, Ağsunun mərkəzi bu gün cəbhə xəttindəki səngərə bənzəyir. Üstəlik, görülən işlər o qədər keyfiyyətsiz olub ki, artıq rayon sakinlərinin evləri çatlamağa başlayıb və qəzalı vəziyyətə düşüb.

Məlumatda o da vurğulanır ki, Ağsu şəhərində yolu kənarındakı barıları pul silmək xatirinə 3 dəfə dəyişdiriblər. İcra başçısı Ənvər Seyidəliyevin rəhbərliyi altında həyata keçirilmiş bu plana əsasən milyonlarla manat büdcə vəsaitinin mənimsənildiyi dəqiq məsələdir. Amma bəla burasındadır ki, icra başçısı bir işi keyfiyyətli şəkildə görə bilməyib. Məsələn, kanalizasiya quyuları mühəndis layihəsinə uyğun qurulmadığından bir sıra problemlər yaşanıb. Ora gətirilən qumun isə yaxıliqdakı Qiyaslı kəndindən gətirildiyi deyilir.

JAM.AZ-a danışan mənbə onu da bildirib ki, Ağsunun içməli suyda təmin edilməsi üçün nəzərdə tutulmuş layihəyə əsasən büdcədən ayrılan pulların bir qismi elə boruların alınması zamanı yeyilib. Qeyd olunur ki, bu zaman 800 min manatlıq bir yeyintidən söhbət gedir. Çünki həmin işləri görmək üçün nəzərdə tutulmuş borular ümumiyyətlə alınmayıb. Onların köhnə borularla əvəzləndiyi vuğulanır.

Hərçənd bu zaman pul qazanmaq istəyən icra başçısı başqa imkanları da dəyərləndirib. Belə ki, Ağsu rayonunun 16 kəndinə çəkilmiş melorasiya boruları 2 metr dərinlikdən çıxarılaraq, metal qırıntısı kimi satılıb. Nəticədə, həmin kəndlərin torpaqları şor suyunaltında qalmalı olub.
Bolgexeber.com