BolgeXeber.Com » Şou-Biznes » "Şəxsi həyatımla bağlı yalan xəbər yayılsa, həmin qurumu məhkəməyə verəcəm"

"Şəxsi həyatımla bağlı yalan xəbər yayılsa, həmin qurumu məhkəməyə verəcəm"

29-04-2014, 17:50
Oxunub: 5 275 Müğənni Ayan Babakişiyeva keçmiş həyat yoldaşı Füzuli Musayevi məhkəməyə verməsi barədə xəbərlər yayılıb.

Müğənninin keçmiş ərini məhkəməyə verməsinin səbəbi kimi isə “atalığın müəyyən olunması” göstərilib.
Bu barədə açıqlama verən Ayan bildirib ki, yayılan xəbərlər şayiədir. Müğənni Füzuli Musayevi məhkəməyə vermədiyini bildirib.
“Mənim başım övladıma qarışıb. Anayam, övladıma baxmalıyam. Bu xəbərləri indi eşidirəm. Vəkilimlə danışmışam. Şəxsi həyatımla bağlı dilimdən çıxmayan xəbər yayılsa, həmin qurumu məhkəməyə verəcəm. Bütün jurnalistlərə hörmətim var. Xahiş edirəm yalnış məlumatlar yazmasınlar. Belə xəbərlər mənə pis təsir edir.”
Yayılan xəbərlər də o da qeyd edilib ki, aprelin 25-də hakim Zaur Əliyevin sədrliyi ilə keçən iclasda prosesə ilkin baxış keçirilib. İşə Səbail Rayon Məhkəməsində baxılır.
Onu da əlavə edək ki, cütlüyün bir müddət öncə Selena adlı qızı dünyaya gəlib.