BolgeXeber.Com » Şou-Biznes » Xoşqədəm danışdı: “Normal ailə qurmuşam”

Xoşqədəm danışdı: “Normal ailə qurmuşam”

27-10-2014, 11:40
Oxunub: 5 068 O, Doğuşla yeni layihələr üzərində çalışdıqlarını deyib

ATV kanalının “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evlənməsindən danışıb.Aparıcı bu gün ATV-də yayımlanan proqramından sonra yayımlanan kadrlarda həyat yoldaşı Doğuş və onun anası ilə birlikdə açıqlamalar verib.

Doğuşla evləndiklərini təsdiqləyən X.Hidayətqızı deyib ki, nikahın mediadan gizli olması barədə qərar veriblər: “Doğuş da öz ölkəsində kifayət qədər tanınan insandır. Mən də öz ölkəmdə özümə görə tanınıram. Doğuşla bu şəkildə qərar verdik ki, istəmirik, media bilsin bunu. Öz aramızda olsun.”

Aparıcı deyib ki, verilişlərində həmişə insanlara qeyri-rəsmi nikahların əleyhinə olduğunu deyib: “Kiminsə sevgili saxlamasının əleyhinə olduğumu demişəm. Rəsmi şəkildə ailə qurmaq lazımdı. Mən normal ailə qurmuşam. Bu gün normal şəkildə, ölkəmin, millətimin adına xələl gəlməyəcək şəkildə, adət-ənənələrə uyğun, böyüklərimizin icazə ilə bir ailə qurmuşamsa, məncə, buna sevinmək lazımdır”.

Bakıya anası ilə gələn Doğuş isə bildirib ki, xoşbəxtdir və bundan sonra Azərbaycan da onun vətənidir. Müğənni deyib ki, Məhərrəm ayından sonra dostları ilə həm Bakıda, həm da Türkiyədə evliliklərini qeyd edəcəklər.

Verilişinin yeni çəkilişləri üçün Özbəkistana gedəcəyini, qayıtdıqdan sonra Doğuşla birlikdə Tovuza səfər edəcəyini bildirən aparıcı deyib ki, həyat yoldaşı ilə yeni layihələr üzərində işləyirlər.

X.Hidayətqızının Özbəkistana getməsinə “daha dünən evləndik, ərini qoyub gedirsən” deyə replika atan Doğuş isə işin çox vacib olduğunu bildirib: “İşimizə olan diqqətimizi hər kəs görsün. Dünyanın harasında olur-olsun, “Səni axtarıram”dan heç kim qaça bilməz”.