BolgeXeber.Com » Şou-Biznes » Röyanın 50 minlik "Ağla" klipi - Video

Röyanın 50 minlik "Ağla" klipi - Video

4-01-2012, 11:55
Oxunub: 5 053 Klip Nailə Mirməmmədlinin hədiyyəsidir

Röyanın özünün dediyi kimi 50 min avroya başa gələn "Ağla" klipi bayram günlərində tamaşaçıların ixtiyarına verilib. Bolgexeber.com-un məlumatına görə, müğənni belə bir bahalı klipin ona bəstəkar Nailə Mirməmmədli tərəfindən hədiyyə edildiyini söyləyir. Sözləri Azad İsayevə məxsus mahnının musiqisi Nailə xanıma aiddir.

Rəna Qulamovanın rejissorluq etdiyi klipi gürcülərdən ibarət yaradıcı heyət ekranlaşdırıb. Klipin operatoru Arçil Axvicdianidir. Qrafika ilə işlənmiş klipi ərsəyə gətirən çəkiliş qrupu indiyədək klip çəkməyib, cizgi fimləri ekranlaşdırırb. Yüksək peşəkarlığın nümunəsi olan klipin bütün kadrlar ayrı-ayrı kameralarla çəkilib.

Röyanın klipdəki tərəf-müqabili gürcülərdən ibarət çəkiliş qrupunun icraçı prodüseridir. Yerli modellər simaca obraza uyğun olmadığından, ifaçı klipi çəkən şirkətin icraçı prodüserini özünə tərəf müqabili seçib.