BolgeXeber.Com » Şou-Biznes » Ərəb şeyxi ilə görüşən Aytac: "Bir-birimizin dilini başa düşməsək də..." (VİDEO,FOTO)

Ərəb şeyxi ilə görüşən Aytac: "Bir-birimizin dilini başa düşməsək də..." (VİDEO,FOTO)

22-06-2015, 16:03
Oxunub: 12 413 Ərəb şeyxi ilə görüşən Aytac: "Bir-birimizin dilini başa düşməsək də..." (VİDEO,FOTO)"Şeyxin yaxın adamları mənə zəng edib onun mənimlə görüşmək arzusunda olduğunu bildirdilər"

Gənc müğənni Aytac Vidadiqızının ifa etdiyi “Sevirəm” mahnısı dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxlərindən birinin diqqətini çəkib. BOLGEXEBER.COM bildirir ki,ifaçı ANS PRESS-ə açıqlamasında, həmin şeyxlə görüşdüyünü bildirdi:

“Bilirdim ki, ifa etdiyim mahnı vətənimdə uğur qazanacaq. Amma əcnəbilərin diqqətini çəkməsini gözləmirdim. Ərəb şeyxinin mahnımdan xoşunun gəlməsini yaxın dostlarımdan biri dedi. Elə bildim ki, zarafat edir. Daha sonra şeyxin yaxın adamları mənə zəng edib bu haqda fikirlərini və şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Xəbərin həqiqi olduğuna o zaman inandım. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vastiəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən bu mahnıya ərəbsayağı klip çəkdirməyimi və fotosessiya etdirməyimi istədi. Dedim klipi siz maliyyələşdirin, fotosessiyanı özüm edərəm”.

Aytac ərəb şeyxinin adını açıqlamasa da, yaxın vaxtda şeyx üçün özəl konsert verəcəyini də bildirdi.

“Adını açıqlamaq istəmirəm. Bu düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm”.

Aytac Vidadiqızının “Sevirəm” mahnısı üçün çəkilən ərəb üslubunda olan fotosessiyasını təqdim edir. Vizajist Anar Ağakişiyev, fotoların müəllifi isə Niko Abbasovdur.
BOLGEXEBER.COM