BolgeXeber.Com » Şou-Biznes » Nadir Qafarzadə canlı efirdə xaç çevirdi, tamaşaçıları təhqir etdi - VİDEO

Nadir Qafarzadə canlı efirdə xaç çevirdi, tamaşaçıları təhqir etdi - VİDEO

15-07-2015, 18:20
Oxunub: 3 984 Nadir Qafarzadə canlı efirdə xaç çevirdi, tamaşaçıları təhqir etdi - VİDEO"Əslində bu gün Arif getməli idi. Arif bu gün də getməsə, gələn həftə gedəcək. Axır gedəcək, inşallah. Əgər sms "tupoy"lardan gələcəksə, o, qalacaq"

ATV telekanalında yayımlanan "Azərbaycanın səsi" yarışında münsif olaraq iştirak edən müğənni Nadir Qafarzadə aqressiv çıxışı və xristianlara məxsus "xaç çevirmə" hərəkəti ilə diqqətləri üzərinə çəkib.

İştirakçılara gələn səsvermənin nəticələrindən sonra üzünü müğənni Nadir Qafarzadəyə tutan aparıcı Afaq Gəncəli onun fikirlərini öyrənmək istəyib.

"Mən bu sözü acı da olsa, deyəcəm. Təəssüf edirəm ki, çox insanların gözü kor və kardır. Bizdə yaxşı həkimlər var, hərdən getmək lazımdır. Nə isə, Allah rəhmət eləsin!" - deyərək müğənni həmin anda əli ilə xaç çevirib.

Lakin maraqlıdır ki, müğənninin canlı efirdə cəmiyyətə ünvanladığı təhqiramiz sözlərlə fikirlərini ifadə etməsi studiyada oturan tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Daha sonra müğənni ikinci dəfə təhqirə yol verib:

"Əslində bu gün Arif getməli idi. Arif bu gün də getməsə, gələn həftə gedəcək. Axır gedəcək, inşallah. Əgər sms "tupoy"lardan gələcəksə, o, qalacaq".

Bolgexeber.com a24.az-a istinadən verilişdən olan videogörüntünü təqdim edir.