BolgeXeber.Com » Şou-Biznes » Aytən Səfərova Gülnarə Məmmədovanın ailə qurmasından danışdı: "Siz kimsiz, ay kaftarlar..."

Aytən Səfərova Gülnarə Məmmədovanın ailə qurmasından danışdı: "Siz kimsiz, ay kaftarlar..."

13-08-2015, 17:33
Oxunub: 7 710 Aytən Səfərova Gülnarə Məmmədovanın ailə qurmasından danışdı: "Siz kimsiz, ay kaftarlar..."Teleaparıcı Aytən Səfərova "ANS"in keçmiş aparıcısı Gülnarə Məmmədovanın ikinci dəfə ailə qurmasının birmənalı qarşılanmamasına münasibət bildirib.

Qafqazinfo-nun məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb və həmkarını təhqir edənləri sərt tənqid edib:

"Bir xanım teleaparıcı həmkarım ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt etsin, oğullu-qızlı olsun, layiqdir. Bu xanımın xınayaxdı mərasimi olub və o mərasimdən şəkillər paylaşıb. Bir sıra agentliklərdə bu haqda yayımlanan xəbərlərin altında yazılan şərhlər məni məyus etdi. Cəmiyyətdə nə qədər murdar, çirkin, xain xislətli məxluqat var imiş. Birinci dəfə evliliyi alınmayan qadının sevincinə şərik olmaq əvəzinə ağızlarına gələni yazırlar.

"Utanmır, xınayaxdı edir", "Kül başına, niyə başına qırmızı yaylıq atıb, məgər qızdır?", "Əvvəllər qadınlar ikinci dəfə ərə getməyə utanardılar", "Şorla yağın fərqi qalmayıb" və s. kimi şərhlər yazılıb. Ən acınacaqlısı odur ki, bunları qadınlar yazırlar. Kimin neçənci dəfə ərə getməsindən sizə nə?

Siz kimsiz, ay kaftarlar, oturub insanı çamura batırırsız? Bir özünüzə baxın. Bəlkə də, ərləriniz artıq iyrənir, üzünüzə baxmırlar. Bu qədər murdarlıq olar? Paxıllıqdan bağrınız çatlayır. Sizə görə qara çuxa geyib evin küncündə oturmalıdır?

Dindirəndə hamı dindən, allahdan, hədislərdən danışıb, gözlərinin qorasını axıdır. Xanım Xədicədən artıqsız? Namusu pərdə ilə ölçən gerizəkalılar. Hamınız bala böyüdürsünüz. Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın. Bir az insanlığınız olsun. Başqasının xoşbəxtliyinə xainlik etməyin. Heç kəs ikinci şansdan məhrum olmamalıdır".
Bolgexeber.com