BolgeXeber.Com » Şou-Biznes » ““Bəyaz show”da Röyaya hörmətsizlik edildi”

““Bəyaz show”da Röyaya hörmətsizlik edildi”

31-10-2015, 13:34
Oxunub: 4 232 ““Bəyaz show”da Röyaya hörmətsizlik edildi”"Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala-xətrin qalmasın deyə 1 mahnı ilə proqrama qatılmaq lazım idi?"

Əməkdar artist Məlahət Abbasova müğənni Röyanın “Bəyaz show”ya qonaq olmasından bəhs edib. “Qafqazinfo”nun məlumatına görə, əməkdar artist sosial şəbəkə müğənniyə iradını bildirib:

“Proqramın bitməsinə 10 dəqiqə qalmış verilişə dəvət olunan, Bəyazın dediyi kimi “Azərbaycanın Rihannası”na sadəcə 1 mahnı oxutdular. İlk görəndə qürur hissi keçirdim. Ailəlikcə gözlədik ki, ikinci və üçüncü mahnı da oxusun, amma oxutmadılar. Məncə bu başqa ölkədən gələn sənət adamına təhqir, hörmətsizlik idi. Bəyazın heç bir proqramında xarici ölkədən gələn qonağa belə davranmırlar. Menecer belə bir şeyi necə qəbul edib? Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala-xətrin qalmasın deyə 1 mahnı ilə proqrama qatılmaq lazım idi? Öz vətənlərində belə bir təklifi hər hansı kanaldan qəbul edərdilər? Böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın. Min əziyyətlə gəldiyiniz yeri, hörmətinizi 1 proqrama görə itirməyin.

Bu birinci dəfə olmadığı üçün belə şeylərə çox əsəbləşirəm. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var. Bəyazın proqramı gözəl və reytinqlidir. Bəyazın proqramına qatılarkən hər şeydən əvvəl professional sənət insanı olaraq prestijinizi zədələməyin”.
Bolgexeber.com