BolgeXeber.Com » Şou-Biznes » 18 minlik libas geyinən Sima (VİDEO - FOTO)

18 minlik libas geyinən Sima (VİDEO - FOTO)

5-12-2015, 12:38
Oxunub: 5 567 18 minlik libas geyinən Sima (VİDEO - FOTO)“Sən mənim atamın kim olduğunu bilirsən?”

Türkiyənin “TV8” kanalında yayımlanan “İşte benim stilim all star”ın ötən günki buraxılışı yenə də həmyerlimiz Sima Şərafətdinovanın geyimi və sözləri ilə yadda qalıb.

Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, Sima geyimin 18 min lirə olduğunu deyib. O, həmçinin İrina Şeykin makiyaj ustasını da gətizdiridiyini bildirib:

“Verilişi tərk edənə qədər mənimlə işləyəcək, saçımı və makiyajımı hazırlayacaq”.

İştirakçılardan Ayşegül Doğan “o qədər pul xərcləməyinə baxmayaraq geyiminə uyğun ayaqqabı seçə bilməməmisən. Makiyaj ustası nə edirsə etsin, sən Simasan, İrina Şeykə bənzəyə bilməyəcəksən” deyərək azərbaycanlı modeli tənqid edib.

Daha sonra Sima Şərafətdinova digər iştirakçı Nihal Candanın geyimini tənqid edib. Nihal gülərək “Gülayı (red.-digər iştirakçı) təqlid edirdim, Sima bunun ona aid olduğunu zənn edərək “sən mənim atamın kim olduğunu bilirsən? Mən kasıb deyiləm”” sözləri ilə onu danladığını söyləyib.

Çiğdem Çelik Simanın 18 yaşı tamam olan zaman atasının ona çəhrayı rəngdə idman avtomobil alacağını deyib. Nihal isə Simanın kompüter mühəndisliyi ilə əlaqədar şirkət quracağını söylədiyini bildirib.


Sima isə deyilənlərə etiraz edib. Ayşegül Doğanın isə “verilişin bu buraxılışında qaçan sətirlərlə “bunların hamısı xəyaldır” sözlərini yazmaq lazımdır” cümləsi Simanı əsəbiləşdirib.


18 minlik libas geyinən Sima (VİDEO - FOTO)
18 minlik libas geyinən Sima (VİDEO - FOTO)
18 minlik libas geyinən Sima (VİDEO - FOTO)