İlhamənin sirlərini məndən başqa heç kim bilmir - Sərxan Kərəmoğlu
3-03-2016, 09:45
Oxunub: 1 418
Mərhum xalq artisti İlhamə Quliyevanın mirası ətrafında söz-söhbət səngimək bilmir
Bu dəfə aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə mövzu ilə bağlı iddialı açıqlama verib.
Oxu.Az xəbər verir ki, o, müğənni Əli Mirəliyevin varisliklə əlaqədar mediaya verdiyi müsahibələrə belə münasibət bildirib:
“Əli bəy, siz ortaya hardan çıxdınız heç bilmirəm, bilmək də istəmirəm. İlhamə ölən gecəsi qızınız Samirəni tanıdım. Çox savadlı və xanım bir qızdır. Mən hər birinizə sual verirəm: Azərbaycanlı olan bir şəhid anası erməni kafirini nə vaxtsa, bağışlayar? Yox... Bax İlhamə də səni (Əli Mirəliyevi – red.) ömür boyu bağışlamaz və yaxınına buraxmazdı. Hamını gic yerinə qoya bilərsən, amma İlhaməni yaxından tanıyanları yox. Təbii ki, İlhamənin tək varisi Orxandır, başqası da ola bilməz. Çünki bütün həyatını İlhaməyə həsr edən bircə oğludur. O ki qaldı Orxanın sənədləşmə və İlhamənin adına keçməsinə siz də gözəl bilirsiniz ki, bu çox çətin bir prosesdir. Sənədlər üçün ora-bura getməli olduğuna görə İlhamə bunu edə bilmədi. İlhamənin dostları və sənətdə olanlar bilir ki, Orxan və varis kimdir.
Son illərdə 73 yaşlı qocalmış adamın ürəyiə hər kəs yol tapa, özlərini dost adlandıra bilər. Hər kəsə səslənirəm: Kimsə ortaya düşüb xalalıq etməsin. İlhamənin bütün sirrini məndən başqa heç kim bilə bilməz. Susub oturmağım günah olar deyə yazdım. Bir də ki, İlhamənin dəfninə getməməyimi o və mən bilərəm. Bizim aramızda danışıq olmuşdu, özünə demişdim ki, sən öləndə dəfnə gəlməyəcəm. Əgər mən ölsəm, sən gəlmə. Bütün qohumluq etmək istəyən sərçələr, oturun oturduğunuz yerdə. Əli Mirəliyev isə sənəti ilə məşğul olsun. İlhamə ilə gündəmi zəbt edib, camaatın başını xarab etməsin”.
Bolgexeber.com
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər