Səbinə Babayeva “Eurovision” tarixində yenilik edəcək
23-05-2012, 11:30
Oxunub: 7 198
Müğənni səhnəyə video proyeksiyası olan orijinal libasda çıxacaq
Azərbaycan təmsilçisi Səbinə Babayevanın “Eurovision 2012”də final çıxışı milli ənənələr, sənət və müasir texnologiyalarla birləşməsini əks etdirəcək. Bolgexeber.com-un məlumatına görə, üç dəqiqəlik çıxışı zamanı Səbinə səhnəyə, “Eurovision” müsabiqəsi səhnəsində ilk dəfə istifadə olunacaq xüsusi texnoloji effektin elementi – səhnə kostyumunda video proyeksiyası olan orijinal libasda çıxacaq.
Vizual xüsusi effektlərlə ən son texnologiyalardan istifadə və Səbinənin mükəmməl vokal göstəriciləri müğənninin müsabiqənin finalında çıxış edəcəyi “When the Music Dies” balladasının süjetini gözəl şəkildə bildirəcək.
Xüsusi avadanlıq Səbinə və onun qrupu tərəfindən “Crystall Hall” səhnəsində 20 may tarixində keçirilmiş ikinci məşqi zamanı ilk dəfə sınaqdan keçirilib.
Azərbaycan musiqisinin ənənələrini və bənzərsiz vokal sənətini Səbinə ilə birlikdə səhnədə əfsanəvi muğam ifaçısı Alim Qasımov da təqdim edəcək. Vokal partiyasını üç bek-vokalçı tamamlayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər