Avtomobili saxlandığı deyilən müğənni: "Aləmi bir-birinə vuracam" - YENİLƏNİB - FOTO
19-10-2016, 09:35
Oxunub: 5 278
Bahalı avtomobili cərimə meydançasına salındığı deyilən İlahə İbadova məlumatı təkzib edib
Publika.az-a açıqlama verən müğənni aləmi bir-birinə vuracağını deyib:
"Yalandan xəbər yayıblar ki, guya avtomobilim cərimə meydançasına salınıb, ay nə bilim 15 radarım var. Mən radarın cəriməsini ödəmək üçün ora getmişdim. Polislər mənə dedilər ki, maşını sal içəri orada saxla. Mən də cərimə meydançası deyilən yerə sürüb, dayandım. Bu bir, digər tərəfdən mənim cəmi altı radarım var. Gəncəyə toya gedəndə yüksək sürətlə sürmüşəm. Durub 60 sürətlə sürəsi deyildim ki... Orada da altı dəfə radara düşmüşəm. 350 manatı verməyə gedəndə başıma bu işi açdılar. Hələ dayanın. Aləmi bir-birinə vuracam, görüm mənim haqqımda niyə belə yalan yazıblar".
----------
13:06
Müğənni İlahə İbadovanın bahalı avtomobili cərimə meydançasına salınıb.
Bolgexeber.com-un avtosfer.az-a istinadən məlumatına görə, iki gün əvvəl xanım müğənninin idarə etdiyi "Dodge Durango" markalı, 90 NM 007 dövlət nömrə nişanlı avtomobili Bakının mərkəzində yol polisi tərəfindən saxlanılıb.
Məlum olub ki, bu avtomobilə 4 dəfə həbs qoyulub. Onun xeyli ödənilməyən cəriməsi var. Bu səbəbdən də DYP əməkdaşı avtomobili cərimə meydançasına aparıblar. Dünən isə müğənni cərimələri ödəyərək avtomobili oradan çıxara bilib.
Müəyyən edilib ki, xanım müğənni sürət həddini aşmağa meyillidir. Belə ki, onun idarə etdiyi avtomobil oktyabrın 1-dən 15-dək 15 dəfə sürət həddini aşmağa görə radara düşüb. Hazırda İlahə İbadovanın avtomobilinin 150 manat cəriməsi var.
Xanım müğənninin bu avtomobili 143 min manata aldığı bildirilir.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər