BolgeXeber.Com » Şou-Biznes » Elza Seyidcahan: Himnimizi bilərəkdən səhv oxumuşam-VIDEO

Elza Seyidcahan: Himnimizi bilərəkdən səhv oxumuşam-VIDEO

14-11-2016, 09:12
Oxunub: 9 400 Elza Seyidcahan: Himnimizi bilərəkdən səhv oxumuşam-VIDEOİfaçı bu videonu birmənalı qarşılamayanlara təəssüf edib

Bolgexeber.com xəbər verir ki, əməkdar artist Elza Seyidcahan Moderator.az-a açıqlamasında Azərbaycan dövlət himninin sözlərini səhv oxuduğunu əks etdirən qalmaqallı videoya aydınlıq gətirib.

Bəstəkar bildirib ki, o, himnimizi bilərəkdən səhv oxuyub:

“Həmin video himnimizi səhv oxuyanlara bir mesaj idi. Elzanın bir səhvi böyük layihədir. Məhz 9 noyabr Bayraq günündə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində bu fikri həyata keçirdik. Şuarımız “Himnimizi əzbərləyək” idi”.

İfaçı bu videonu birmənalı qarşılamayanlara təəssüf edib:
Elza Seyidcahan: Himnimizi bilərəkdən səhv oxumuşam-VIDEO
“İllərdir bütün dünyada himnimizi düz oxuyuram. Niyə bunu yazmırlar? Ancaq doğrudan da himnimizi çoxları bilmir. Ona görə də hər zamankı kimi Elza Seyidcahanın və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bu layihəsi bütün dünya azərbaycanalılarını bir qədər yaxşı mənada silkələdi. Himnimizi bilirikmi? Qəlbində xoş niyyəti olan insanlar bu layihəni alqışlayırlar. Pis, qara niyyətli insanların isə mənə atdıqları daşlar qəmbərə çevrilib qayıdır özlərinə”.

Elza Seyidcahan onda qüsur axtaranlara da səslənib:

“Məndə qüsur tutub bir qırmızı işıq yandıranlar, sizə bir sualım var: Heç olmazsa sizin tutduğunuz əməllərinizdə bir yaşıl işıq yanırmı? Qırmızıdan alışıb yananda elə yer qoyun ki, yanğınızı söndürməyə bir qaşıq su tapa biləsiniz. Elza Seyidcahan himni həm əla oxuya bilir, həm də pianoda əla ifa edir. Həm də vətənpərvər himnlər bəstələyir. “Gedək himnimizi əzbərləyək!””.