Xatirə İslam Lopezin libasından tikdirdi: 14 min manat xərclədi – FOTO
14-02-2017, 15:18
Oxunub: 16 171
Müğənni Xatirə İslamın “5/5” verilişində istifadə etdiyi geyim müzakirələrə səbəb olub
Bolgexeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, sənətçinin qara rəngli libası ABŞ-lı pop-ulduz Cennifer Lopezin “People's Choice Awards” mərasimindəki libası ilə eynilik təşkil edir.
Sosial şəbəkə istifadəçiləri X.İslamı plagiat etməkdə günahlandırıblar.
Müğənni mövzu ilə bağlı açıqlama verib. O, həmin geyimi əldə etmək üçün 1 ay gözlədiyini bildirib:
“Bəli, eyni geyimdəndir. Həddindən artıq qiymətli bir paltardır. İstər parçası, istərsə də daş-qaşı... Lopez dünya ulduzudur, mən başqa kimin paltarından geyinməliyəm? Ola bilər ki, Lopezlə eyni vaxtda düşünüb hazırlatmışıq? Paltardı da... Ərsəyə gəlməsi üçün parçasını, daş-qaşını bir ay gözləmişəm”.
Xatirə İslam geyimin qiyməti barədə açıqlama verməsə də, “Qafqazinfo” libası ərsəyə gətirən Rəna Müslümovanın butiki ilə əlaqə saxlayıb.
Butikdən bildirilib ki, sözügedən paltarın qiyməti 14 min AZN-dir.
Xatırladaq ki, Lopezin geyimi isə “Reem Acra” brendidir.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər