Öncəgörücü spirtli içki qalmaqalından danışdı
17-11-2012, 13:50
Oxunub: 7 872
Yeganə Zeynalova ona qara yaxmaq istəyənlərə cavab verdi.
Yerli saytların birində məşhur öncəgörən Yeganə Zeynalova paparassi görüntülərinə tuş gəlib. Rejissor Nail Naiboğlunun ad gününə qatılan baxıcının spirtli içki olduğu masada əyləşib, sonra da rəqs etməsi media nümayəndələrinin diqqətindən yan keçməyib.
Sərt şəkildə tənqid olunan Yeganə Zeynalovanın cavabı özünü çox gözlətməyib. Öncəgörən əllərinə xına vurmasını müzakirə obyektinə çevirənlərə sözünü SİA vasitəsi ilə deyib:
“Mən hər zaman xınadan istifadə edirəm. Ölənə qədər də edəcəm. Bunun heç kimə aidiyyatı yoxdur. O ki qaldı mənim spirtli içki olan masada əyləşməyimə, görünmür ki, mən xoş günə gəlmişəm? Axı mən ad günü mərasimində idim. Hər kəs əylənirdi, yeyib-içirdi. Mən içmirdim ki!”
Emosiyalarını cilovlayan Zeynalova məşğul olduğu iş barədə bir daha söhbət açıb: “Hər yerin öz geyimi var. Mən hər məclisin geyimini yaxşı bilirəm. Həci xanım deyiləm, baxıcıyam.
Və mənim işim şeytan əməlidir. Allah bunu yazıb mənə. Kim qismətdən qaça bilib? Mən ki bəzi həci xanımlar kimi gecələr içib, gündüzlər camaata nağıl danışmıram?! Mən millətimdən heç nə gizlətməmişəm.
Hər zaman dürüstcəsinə gördüyüm işi demişəm. Odur ki, heç bir şey gizlətməyən insanları hədəfə almaq əvəzinə gizlincə iş görənləri üzə çıxardın”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər