Aygün Bəylər stress yaşayır
19-11-2012, 13:00
Oxunub: 6 296
O, sənətdən küsüb
Əməkdar artist Aygün Bəylər fəaliyyətində yaranan fasilələr aydınlıq gətirib. Bu barədə AzNews.az-a A.Bəylər özü məlumat verib. O, bildirib ki, işlərində fasilə yaranmasına səbəb təhsili və körpəsiylə bağlıdır: “Hazırda Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin 3-cü kurs tələbəsiyəm. Bu, ikinci ali təhsilimdir. İşlərim də fasilə yaranmasına səbəb bu və körpəmlə bağlıdır. Çünki körpəmə də baxıram. Bundan başqa, sənətlə bağlı çox stress yaşayıram. Musiqi dünyamızda haqq-nahaq problemləri çoxdur. Mən də qərara aldım ki, başımı aşağı salıb, həm öz yaradıcılığımla məşğul olum, həm də analıq borcumu yerinə yetirim. Elə ən çox da körpəyə başım qarışıb. Dekabr ayının 5-i onun 3 yaşı tamam olacaq”.
A.Bəylər musiqi sahəsində şahidi olduğu problemlərdən danışaraq, müəyyən iradlarını bildirdiyini deyib: “Problemlər tək musiqidə deyil, bütün sahələrdə var. Həmin problemlərə qarışmıram. Öz işimlə məşğul oluram. Amma müəyyən iradlarım var ki, yeri gələndə qeyd edirəm. Təsirli olub-olmamasını deyə bilmərəm, amma mən öz fikrimi bildirirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər