BolgeXeber.Com » Şou-Biznes » Daha bir müğənni teleaparıcı oldu -foto -video

Daha bir müğənni teleaparıcı oldu -foto -video

30-11-2012, 14:05
Oxunub: 4 697 Sevda Yəhyayeva “Sərbəst xəbər” buraxılışının aparıcısı olub.

Stilist Anar Ağakişiyevin rəhbəri olduğu və Şimal-Qərb bölgəsində yayımlanan Kanal S-də efirə gedən “Dəbin hökmü” verilişinin çəkilişləri üçün Şəkidə olan müğənni Sevda Yəhyayeva kanalın “Sərbəst xəbər” buraxılışının aparıcısı olub.

Bolgexeber.com-un məlumatına görə, 30 dəqiqə ərzində Azərbaycan və dünya da baş verən hadisələrin xülasəsini tamaşaçılara çatdıran Sevda yenidən xəbər aparıcısı olmaq istəyini gizlətməyib. İlk dəfə aparıcılıq edən müğənni həmçinin "KANAL-S" televizyasının "Gecənin yarı" verilişində də aparıcılıq edib.

Saat yarım efirdə olan Sevda ifası ilə heyranlarını sevindirib. Azərbaycanın, demək olarki, bütün regionlarından olan telefon zənglərini cavablandıran müğənniyə Gürcüstandan da mesaj və zənglər olub. Sevda Yəhyayeva proqram boyu yaradıcılığı ilə bağlı sualları cavablandıran tamaşaçılara imzalı disklərini təqdim edib.