"Muhteşem yüzyıl"ın müəllifinə hədə: "İt oğlu it! Gəbərəcəksən!"
13-02-2013, 17:35
Oxunub: 5 919
Türkiyənin ən populyar serialına çevrilmiş "Muhteşem yüzyıl"ın prodüseri, serialı çəkən Tims Production studiyasının sahibi Yusuf Timur Savçı ölümlə təhdid olunur.
Onun Twitter mikrobloqinq servisindəki profilinə mesaj yollayan naməlum şəxs yazıb: "İt oğlu it! Gəbərəcəksən! Bir seriala qurban gedəcəksən, öləcəksən!"
Bu təhdidləri alan Savçı İstanbul Cumhuriyyət Prokurorluğuna müraciət edərək, cinayətkarın tutulmasını və eyni zamanda özünün təhlükəsizliyinin təminatını istəyib.
Milli.Az SON.TV-yə istinadən bildirir ki, Yusuf Timur Savçı son vaxtlar müxtəlif sosial şəbəkələrdə də təhdid və hədələrə məruz qaldığını vurğulayıb.
Onun sözlərinə görə, Twitter-də ölüm hədəsi yollayan adamın E.T. adlı şəxs olduğunu düşünür.
Prokurorluqdan verilən məlumata görə, E.T-nin gerçək ad və soyadı, habelə onun kompüterinin İP ünvanı müəyyənləşdirilir.
1975-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuş Yusuf Timur Savçıya məxsus Tims Productions studiyası indiyədək "Kavak Yelleri", "Bir Bulut Olsam", "Es Es", "Derdest", "Melekler Korusun" kimi serialların, habelə bir neçə filmin müəllifidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər