BolgeXeber.Com » Şou-Biznes » Donuz ağ bikinidə poz verən modelin ombasını dişlədi-VİDEO

Donuz ağ bikinidə poz verən modelin ombasını dişlədi-VİDEO

16-02-2019, 15:26
Oxunub: 4 592 Donuz ağ bikinidə poz verən modelin ombasını dişlədi-VİDEOVenesuelalı model Mişel Levin(Michelle Lewin) dəniz kənarında donuzların hücumuna məruz qalıb.

Jurnallardan biri üçün fotosessiya etdirən zaman donuz qəfildən 32 yaşlı modelin ombasını dişləyib.

Mişel Levin həmin görüntünü İnstaqram hesabında paylaşıb. Çimərlikdə qumun üzərində fotoqrafa poz verən zaman qəfil 4 donuz kadra girib. Modelin üstünə qaçan donuzlardan biri onun ombasını dişləyib.

Mişel Levin qorxudan əlindəki fotoaparatı kənara atıb qaçmağa başlayıb. Paylaşdığı videoda ombasındakı diş izlərini göstərən modelə İnstaqram izləyiciləri tərəfindən minlərlə şərh yazılıb.